Bürclər - 19 noyabr
Bizi izləyin

Qoroskop

Bürclər - 19 noyabr

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - əvvəlcədən planlaşdırdığınız işlərlə səhər saatlarından etibarən məşğul olun. Nəticə pis olmayacaq. Fəaliyyətiniz ünsiyyət, daşımalar, marketinq və ya vasitəçiliklə bağlıdırsa - uğur əldə edəcəksiniz. Bütün mühüm məsələləri günün ilk yarısında həll edin.

Günün ikinci yarısında işgüzar görüşlər məhsuldar olmayacaq.

Axşam saatları yaxınlarınızla təmaslar və əyləncə üçün münasib zamandır. Sevdiyiniz insanın iradlarına həddən artıq sərt cavab verməyin və münaqişənin qarşısını alın.

Buğa - qərarların sürətlə qəbulu və yeni situasiyaya uyğunlaşma bacarığınız sayəsində irəliləyə bilərsiniz. Məsuliyyətdən qaçmağa çalışmayın. Tək qalmayın, müstəqil fəaliyyət prinsipini ifrata çatdırmayın. Şərait sizi trivial olmayan qərarların qəbuluna vadar edir.

Günün ikinci yarısında problemlərin həllində mütəhərrik olun. Nəzakətlə davranın, bağışlamağı bacarın. Yumor hissi ən çətin situasiyadan çıxış vasitəsinə çevrilə bilər.

Tərəfdaş və müttəfiqlərlə görüş yeni qüvvələr verə bilər. Nigaranlıq və təşvişlərinizi yaxınlarınızla paylaşa bilərsiniz. Açıq söhbətdən sonra özünüzü daha yaxşı hiss edəcəksiniz.

Əkizlər - şəxsi təmasları bir qədər azaldın. Yaranan problemlər sizi ruhdan salmamalıdır. Müqavilə, anlaşma və ya yeni layihə üçün əlverişli zaman deyil. Mühüm saydığınız bütün məsələləri günün ilk yarısında həll edin.

Günün ikinci yarısı daha sakit olacaq. Axşam saatlarında mənasız söhbətlərə qatılmayın. Problemlərinizi yaxınlarınıza yük etməyin. Maraqlı iş, hobbi üçün əlverişli vaxtdır. Mənfi təmayüllərin ömrü az olacaq.

Xərçəng - məlumat, informasiya mübadiləsi və kommunikasiyalarla bağlı fəaliyyət məhsuldardır. Həmsöhbətinizlə mövqelərinizi paylaşmaq üçün çox səy sərf etməyəcəksiniz. Mütəhərrik, çevik və qıvraq olun. Əla nəticələrə nail olmaq istəyirsinizsə, süst davranmayın.

Günün ikinci yarısında hisslərinizi etibar etdiyiniz insanlarla paylaşa bilərsiniz. Bu minvalla anlaşılmazlıq və münaqişələrin qarşısını almaqla yanaşı, münasibətlərdəki etimadı da qoruya bilərsiniz.

Təmasların harmonik inkişafına çalışın.

Şir - önəmli layihələrdən birini təxirə salmaq olar. Sifarişin nədən ibarət olduğunu tam anlamaq üçün bir qədər nəfəs dərin. Şəraiti dəyişmək, problemlərdən qısa müddətə də olsa, kənarlaşmaq zamanıdır.

Peşəkar fəaliyyət sahəsində yeni layihəyə başlamaq üçün əlverişli zaman deyil.

Günün ikinci yarısında rutin işlərlə məşğul olun. Çətinliklərdən çıxış yolu soyuqqanlı və təmkinli şəkildə işləməkdir.

Axşam saatlarında yaxınlarınızla təmaslar sizə bezdirici fikirlər və əzablı suallardan qurtulmağa imkan verəcək. Gecə vaxtı gəzintiyə çıxmayın.

Qız - əhvalınızdakı dəyişikliklər və əməllərinizdən narazılıq hissi sizdə pessimizm yaratmamalıdır. İşgüzar fəallıq baxımından günün ilk yarısı daha münasibdir. Yeni işə başlamayın.

Günün ikinci yarısı müqavilə və anlaşmaların müzakirəsini təxirə salın. Maddi çətinliklər, maliyyə sıxıntıları yarana bilər.

Yaxın ətrafınızdakı insanlardan bəzilərinə inanmaq çətindir. Bir qədər şübhəli davransanız da, bədgümanlıqda ifrata varmayın. Açıq söhbətlərə qatılmayın, planlarınızı bölüşməyin.

Tərəzi - işlərdə problemlər yaransa da, əhvalınızı pozmayın. Fəaliyyətin sonucları sizi tam təmin etməyəcək. Yeni layihələrə başlamayın. Amma problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin.

Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırmağa səy göstərin.

Nikbin olsanız, ailənizdə harmonik situasiya yarada bilərsiniz. Axşam saatları dostlar və qohumlarla təmaslar üçün yaxşı zamandır.

Əqrəb - çoxdan başladığınız işi günün ilk yarısında başa vura bilərsiniz. Maraqlandığınız işlə bağlı yeni məlumatlar əldə edə bilərsiniz. Bacarıqlarınızı artırın, təcrübənizi zənginləşdirin. Yeni nə isə öyrənməyə çalışın.

Günün ikinci yarısında diqqətiniz yayınmasın. Əsas məsələni qoyub ikinci dərəcəli nüanslarla məşğul olmayın. Yaşamınızın müxtəlif sahələrini kontrolda saxlayaraq vaxtınızı məntiqi şəkildə bölüşdürün.

Başqalarının sizin prinsiplərə uyğun hərəkət edəcəklərini gözləməyin. Fərdi dəyərlərinizi absolyut saymayın. Bunu etsəniz, yaxın ətrafınızdakı insanlar arasında sizdən narazılıq artacaq.

Oxatan - işgüzar tərəfdaşlarla ünsiyyət üçün günün ilk yarısı daha əlverişlidir. Səhər saatlarından etibarən aktiv çalışın. Əldə etdiyiniz nəticələri səbatlı edin. Mövqelərinizi möhkəmləndirin. Münaqişəli vəziyyətlərdə etika çərçivəsindən kənar çıxmayın. Kobudluq etməyin.

Günün ikinci yarısında mənasız, heç bir əsası olmayan risklərə yol verməyin.

Şəxsi münasibətlərdə yaranan situasiya sizə yaşanan anlaşılmazlıq və çətinlikləri dəf etməyə imkan verəcək. Duruma nəzarət edin. Romantik etiraflar zamanı deyil. Hadisələrə süni təkan verməyin.

Oğlaq - ötən həftədən bəri qarşılaşdığınız və "vidalaşa" bilmədiyiniz gərgin situasiya bu gün çözüləcək.

Bununla belə, mürəkkəb və eyni zamanda məsuliyyətli iş üçün əlverişli zaman deyil. İşdə rəhbərliklə müzakirəni ertələməyə çalışın. Yeni layihələr, mühüm sənədlərin imzalanması üçün münasib vaxt sabahdır.

Günün ikinci yarısında ətalətə qapılmayın. Maraqlandığınız işlə məşğul olun. Yaxınlarınız sizi dəstəkləyəcəklər. Axşam saatlarında sakit şəraitdə istirahət edin.

Dolça - bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Hadisələrə süni təkan verməyin. Yaxın ətrafınızdakı insanların prosesə dərhal müsbət mövqe sərgiləyəcəklərini düşünməyin. Tərif və dəstək gözləməyin.

Günün ikinci yarısında kölgəyə çəkilməyin. Bacarıqlarınızla imkanlarınızı yanlış dəyərləndirə bilərlər.

Sevdiyiniz insanla münasibətlərdə qayğıkeş və həlim olun. Axşam saatlarını ailəvi istirahətə həsr edin.

Balıqlar - yaşanan situasiyanın yaratdığı çətinlikləri ürəyinizə salmayın. Yaranmış vəziyyətə fərqli baxış bucağından baxmağı bacarın. Tale sizə yaxşı dərs verəcək.

Münaqişələri kəskinləşdirməyin. Düşmən və ya bədxahın aktivləşməsinə imkan verməyin.

Günün ikinci yarısında qüvvənizə qənaət edin. Həddən ziyadə enerji və məsrəf tələb edən işə başlamayın. Yardım gözlədiyiniz anda dərhal kömək alacağınızı düşünməyin. Yaxınlarınız sizdən kömək istəyirlər. Öz problemlərinizi də unutmayın (Milli.Az).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm