Qoroskop
Gələcəyə nəzər salaq! - Gələn il hansı bürcün nümayəndələri varlanacaq?
Rusiyalı astroloq Vasilisa Volodina bürclərə görə gələn ilin astroloji proqnozunu hazırlayıb.
Publika.az oxucuları həmin ulduz falı ilə tanış edir.
Qoç
Qoçları harmoniya və sabitlik gözləyir. Bütövlükdə yaz və yay sakit olacaq, lakin payızda karyeranızda sürətli irəliləyiş gözlənilir. Ailə cəbhəsində mükəmməl atmosfer hökm sürəcək və sağlamlığınızda ciddi problemlər yaranmayacaq. Ancaq israfçılığın qarşısını almaq və "gələcək üçün" qənaət etməyə çalışmaq daha yaxşıdır.
Buğa
Həyatın bütün sahələrində ciddi dəyişikliklərlə üzləşəcəksiniz - şəxsi həyatdan peşəyə qədər. Uğur qazanmaq üçün həm mənəvi, həm də maddi olaraq çox və səmərəli çalışmaq lazımdır. İş dəyişdirməyə qərar verənlər şanslı olacaqlar. Qarşı tərəflə dərin qarşılıqlı anlaşma, birgə istirahət və kiçik sürprizlərə imkan yaradacaq. Rasional menyu, fiziki fəaliyyət və aktiv həyat tərzi sağlamlıq problemlərinin qarşısını almağa kömək edəcək.
Əkizlər
Əkizlər 2020-ci ildə şanslı olacaq. Bütün layihələr uğurlu alınacaq və nəticələri sizi çox gözlətməli olmayacaq. Karyerada irəliləyiş baharın əvvəlinə proqnozlaşdırılır. Əsas odur ki, iş ailəyə mane olmasın, əks halda mübahisələr və anlaşmazlıqların qarşısını almaq olmaz. Soyuqdəymə və viruslar sağlamlığa təhlükə yaradacaq, odur ki, qışda və mövsümdən kənar vaxtda özünüzə xüsusi diqqətlə yanaşmalısınız.
Xərçəng
2020-ci ildə Xərçəng bürcündən olanları bir sıra çətinliklər gözləyir, ancaq qohumları və həmkarları ilə qarşılıqlı anlaşma, dostları ilə aktiv ünsiyyət və yaxınların dəstəyi mənfi cəhətləri aradan qaldırmağa kömək edəcək. Pul baxımından hər şey olduqca sabit gecədək, lakin böyük gəlirin olacağı gözlənilmir. Hər halda narahatlığa ehtiyac yoxdur, çünki stress depressiyaya yol açır.
Şir
Şir bürcünün nümayəndələri əksər işləri vaxtında çatdıra bildikləri üçün peşəkar fəaliyyətdə zirvəyə ucalacaqlar. Şəxsi emosiya və duyğuları nəzarət altına almaq bacarığı ailədəki mübahisə və qarşıdurmaları neytrallaşdırmağa kömək edəcək. Sağlamlıq problemləri gözlənilmir, gündəlik idman və istirahət immun sistemini dəstəkləyən ən əlverişli üsullardır.
Qız
Qız bürcündən olanlar şəxsi və iş həyatlarını kökündən dəyişdirmək, yeni iş tapmaq, hətta rəhbər vəzifəyə təyin olunmaq üçün unikal şans əldə edəcəklər. Sentyabr ayında ailədaxili gərginlik baş verə bilər, odur ki, təmkinli davranmaq və sözlərə diqqət etmək lazımdır. Kifayət qədər gücə sahib olmaq üçün düzgün qidalanmaq, çox işləməmək, dincəlmək və sinir sistemini qorumaq lazımdır.
Tərəzi
Tərəzilər yeni insanlarla görüşəcək, maddi vəziyyətlərini yaxşılaşdıracaq və karyerada yüksəlişə nail olacaqlar. Güzəştə getmək qabiliyyəti əvvəllər yalnız xəyal etdikləri yüksəkliklərə çatmağa kömək edəcək. Sevgi cəbhəsində heç bir çətinlik olmayacaq, sağlamlıq isə sabitliyi təmin edəcək.
Əqrəb
Əqrəblərin itirmə riski yaranacaq, amma bu hadisə ölümcül olmayacaq və tale bunun əvəzində heç də az əhəmiyyətli olmayan yeni mükafat göndərəcək. Əsas odur ki, tənbəl olmayın, fəallıq göstərin, əks təqdirdə maliyyə çöküşü ola bilər.
Oxatan
Oxatan işdə diqqətli olmalı və həmkarları ilə mübahisələrə girməməlidir. Ən yaxşısı peşə məsələlərində neytral olmaq və insanları sözlə yox, əməlləri ilə mühakimə etməkdir. Sağlamlıqla bağlı ciddi problemlər yaranmayacaq, lakin vitamin dəstəyi bədənə zərər verməyəcək. Yaxşı dostların və ya sevdiyiniz insanın yanında təmiz havada müntəzəm gəzinti, həm ovqatınıza, həm də səhhətinizə müsbət təsir göstərəcək.
Oğlaq
Oğlaqlar üçün Siçan ili sakit və təhlükəsiz keçəcək. Dəyərləri qiymətləndirəcək, qohumları ilə ortaq dil tapacaq və dinclik əldə edəcəklər. Sağlamlığı qorumaq üçün, virusların aktivləşdiyi dövrdə maksimum profilaktik tədbirlər görmək lazımdır.
Dolça
Dolça bürcünün nümayəndələri inanılmaz dərəcədə güclənəcək, əksər planlarını həyata keçirmək imkanı qazanacaqlar. Sevgidə bu bürcləri ehtiras və həssaslıq fırtınası gözləyir. Ancaq pis vərdişlərdən imtina etmək və immun sistemini gücləndirmək üzərində ciddi işləmək tövsiyə olunur.
Balıq
Balıqları sakit dövr gözləyir. Həyat adi şəkildə radikal zərbələr və əhəmiyyətli problemlər olmadan axacaq. Ancaq taleyinizdəki hər şeyi yenidən tənzimləmək istəyirsinizsə, qorxmayın və hərəkət edin. Bütün dramatik dəyişikliklər uğurlu olacaq və mənəvi rahatlıq gətirəcək.
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?