Qoroskop
Koronavirus bu tarixdə bitəcək - Məşhur astroloq AÇIQLADI - VİDEO
Video əlavə olunub.
xxx
İngiltərə astrologiya kollegiyasının prezidenti Bernard Fitzvalter koronavirus böhranının nə zaman bitəcəyi haqqında xüsusi proqnoz verib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, nüfuzlu ingilis münəcciminin proqnozlarını hətta bütün ömrü boyu ulduz fallarına şübhə ilə yanaşanlar da maraqla gözləyir.
- Dünyada niyə belə bir böhran baş verdi?
- Bütün bunlar Saturn-Pluton dövriyyəsi ilə əlaqədardır: 1914, 1947, 1882-ci illərdə idi və 2020-də yenidən gəldi. Maraqlıdır ki, 1914-cü ildən sonra İspan qripi epidemiyası baş verdi; 1947-ci ildən sonra Yer kürəsində bir çox yerdə poliomielit epidemiyası baş verdi; 1982-ci ildə ilk dəfə HİV/AİDS-lə qarşılaşdıq, indi isə koronavirus meydana çıxdı.
- Koronavirus pandemiyası nə vaxt bitəcək?
- Bəlkə yayda. Hazırda Mars alternativ olaraq Yupiter, Pluton və Saturnun yanından keçir və hər biri vəziyyəti daha da ağırlaşdırır. Bundan əlavə, Yupiter aprelin 5-də Plutona yaxınlaşır - onda dörd planetin hamısı bir-birinə çox sıx dayanacaq.
May - iyun aylarında planetlər bir az aralanmağa başlayacaq. Avqust - sentyabrda virusu dəf etmək üçün yeni tədbirlər tətbiq etməyə başlayacağıq. İlin sonunda Yupiter-Saturn-Pluton ilkin yerinə qayıdacaq. Lakin bu dəfə planetlər o qədər də sıx olmayacaq və biz buna hazır olacağıq.
Düşünürəm ki, 2021-ci ilin əvvəlində hər şey bitəcək, həyatımızı yenidən qurmağa başlayacağıq. 2021-ci il çətin və stresli olsa da, dünya bərpa olunacaq! 2022-ci il daha əyləncəli, asan və oynaq olacaq. Gəlin belə ümid edək!
Aytən Məftun
-
Magazin121:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır




































