Qoroskop
Səbuhi Rəhimlidən yanvarın 30-na olan astraloji proqnoz
QOÇ - Bürcünüzün bu ərəfəsində bir qayda olaraq ovqatınız xoş olur. Əsəblərinizi pozan hansısa hadisə baş vermir. Bu səbəbdən də nəzərdə tutduğunuz işləri arxayın görə bilərsiniz.
BUĞA – Dostluq münasibətində olduğunuz şəxslərlə aranızda soyuqluq baş verə bilər. Bunu nəzərə alıb şit zarafatlara, yalançı vədlərə yol verməyin. Saat 17-dən sonra maraqlı qonaqlıq sizi gözləyir.
ƏKİZLƏR - Maddi problemlərinizin qismən də olsa, qaydasına düşəcəyi gözlənilir. Lakin ünsiyyətdə olduğunuz şəxslərlə ehtiyatlı davranın. Əks halda, özünüzə qarşı inamı itirə bilərsiniz.
XƏRÇƏNG - Olduqca uğurlu bir gündür. Ətrafınızda olanların hamısı sizi sevindirəcək. Günün birinci yarısında təzə xəbərlər eşidəcəksiniz. Bu gün şəxsi büdcənizdə artım da labüddür.
ŞİR – Hansısa aktiv duruma yetişəcəyinizi düşünməyin. Çünki ünsiyyətdə olduğunuz insanlar bu gün real gücə malik olmayacaqlar. Buna baxmayaraq, maddi durumunuzda irəliləyiş ola bilər.
QIZ – Ay ərzində topladığınız yorğunluğu dəf etmək üçün daha çox istirahət etməyiniz məsləhətdir. Yeni iş təkliflərinə razılıq verməyə və uzaq səfərə çıxmağa tələsməyin. Qidanıza fikir verin.
TƏRƏZİ - Yaxşı olar ki, bu təqvimi bütünlüklə istirahətə həsr edəsiniz. Çünki fəaliyyət zəminində istədiyiniz manevrləri edə bilməyəcəksiniz. Axşama yaxın müqəddəs yerlərə gedin.
ƏQRƏB - Pulla bağlı müəyyən irəliləyişləriniz gözlənilsə də, soyuğa qarşı tədbirli olmalısınız. Yaxşı olar ki, vaxtınızı daha çox ev şəraitində keçirəsiniz. Bələd olmadığınız şəxslərin vədlərinə aldanmayın.
OXATAN - Sağlamlığınızla bağlı müəyyən çətinliklərin olacağını bəyan edən ulduzlar özünüzə diqqət yetirməyinizi məsləhət görür. Nahardan sonra qayğınıza qalanların yanında olun, uzaq yola çıxmayın.
OĞLAQ - Planetiniz olan Saturnun "hakimiyyətdə" olması şəxsi işlərinizdə müsbət dönüşə təkan verməkdədir. Odur ki, aktivlik nümayiş etdirməli, işgüzar əlaqələrinizi dərinləşdirməlisiniz.
SUTÖKƏN - Səhər saat 09:32-dən mənfi yüklü Ay bürcünüzdə olduğu üçün neytral mövqedə dayanıb ciddi işlərinizi bütünlüklə təxirə salmalısınız. Heç kimə vəd verməyin. Gün ərzində sağlamlığınıza da diqqət yetirin.
BALIQLAR - Gələn ay görəcəyiniz işlər üçün mütləq danışıqlar aparmalısınız. Bu məsələyə laqeyd yanaşsanız, planlarınız pozula bilər. Uzaqda yaşayan doğmalarınızla əlaqə saxlayın.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO