Qoroskop
Astroloji proqnoz - 28 sentyabr
QOÇ - O qədər də ürəkaçan olmayan maddi durumunuzu dirçəltmək
üçün müəyyən imkanlar qazanacaqsınız. Büdcənizi artırmaq
istiqamətində dəstək ala bilərsiniz. Kobudluğa yol verməyin.
BUĞA - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu amil daha çox sevgi
zəminində reallaşacaq. İş yerində isə həmkarlarınızla xırda
mübahisələriniz gözlənilir. Çılğınlıqdan uzaq olun.
ƏKİZLƏR - Əsas vaxtınızı istirahətə yönəltməyə çalışın. Hər hansı
fiziki iş səhhətinizə mənfi təsir göstərə bilər. Bu gün cinsi
yaxınlıq, ağır fiziki işlərə girişmək sizin üçün
yolverilməzdir.
XƏRÇƏNG - Hər mənada uğurlu təqvimdir. İstər şəxsi büdcəni artırmaq
istiqamətində, istərsə də işgüzar sövdələşmələrdə irəliləyişləriniz
mümkündür. Belə bir gündə falçıya getməyin.
ŞİR - Bu gün istirahət etmək fikriniz çətin ki, baş tuta. Əksinə,
ikitərəfli sövdələşmələrə və yeni işlərə başlamaq lazımdır.
Büdcənizdə artım da ola bilər. Mübahisələrdən uzaq qaçın.
QIZ - Astroloji göstəricilər günün birinci yarısını müəyyən qədər
gərgin tərzdə başa vuracağınızı bəyan edir. Sonrakı müddətdə isə
ətrafınızda olanların rəğbətini qazanacaqsınız.
TƏRƏZİ - Olduqca uğurlu təqvimdir. Ulduzlar bir tərəfdən əlverişli
təkliflər alacağınızı, digər tərəfdənsə maliyyə uğurlarına nail
olacağınızı bildirir. Hər mənada nikbin olmağa əsas var.
ƏQRƏB - Bu təqvimdə bir qədər neytral mövqedə dayanmağınız məsləhət
görülür. Nahardan sonra ciddi və riskli işlərə qol qoymayın. Çünki
həmin vaxt sizə mənfi enerjili Ayın təsiri artacaq.
OXATAN - Saat 15-ə qədər hər bir görüşü təxirə salmağınız
məsləhətdir. Əks təqdirdə gözlədiyiniz uğurlardan uzaq
düşəcəksiniz. Özünə qapılmağa da dəyməz. Günün ikinci yarısını
gözləyin.
OĞLAQ - Deyəsən, Göy qübbəsi əzablarınızı görüb sizə güzəştə getmək
fikrinə düşüb. Bu səbəbdən də əksər məsələlərdə yardımçınız
olmaqdadır. Səfərə çıxmaq və varlanmaq ehtimalınız da var.
SUTÖKƏN - Ulduzlar yalnız qarşılıqlı əlaqələr zəminində uğurlara
yiyələnəcəyinizdən xəbər verir. Bu baxımdan gəzintiyə çıxmaq, qonaq
getmək səmərəlidir. Riskli işlərdən yayının.
BALIQLAR - Tərəfdaşlarınızla aranızda müəyyən mübahisələr olsa da,
özünüzü təmkinli aparmalısınız. Deyilən hər sözə ciddi yanaşmayın.
Yaxşı olar ki, bütün gücünüzü fəaliyyətə yönəldəsiniz.
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları