Qoroskop
Astroloji proqnoz - 13 noyabr
QOÇ - Xoş ovqat yaşamaq istəyirsinizsə, oturaq işlərə son qoyun. Yalnız bu halda ulduzların bəxşişini görə bilərsiniz. Bu gün ovqatınızı yüksəldən bir çox insanla qarşılaşacaqsınız.
BUĞA - Bürcünüz neqativ kosmik ahəngə kökləndiyindən özünüzdə təpər tapıb müqəddəs işlərinizdən yayınmamalısınız. Xeyirxah əməllərinizi əsirgəməyin. Şəxsi büdcənizə xəsislik etməyin.
ƏKİZLƏR - İstirahət etməyə vaxtınız yetməsə belə, gün ərzində savab işlərinizin sayını artırmağa çalışın. Qeybətdən, dedi-qodudan uzaq olun. Xüsusən də böyüklərə mərhəmət göstərin.
XƏRÇƏNG - Daxili narahatçılığınızın səbəbi qəlbinizə yaxın insanlarla lazımi münasibət qura bilməməyinizdir. Bu gün həmin qüsurları aradan qaldırın. Uzaq yola çıxmaqdan çəkinin.
ŞİR – Əgər ailə-sevgi münasibətlərində vəziyyət normaldırsa, digər məsələlərdə heç bir probleminiz olmayacaq. Maddi durumunuzun da yaxşılaşacağı gözlənilir.
QIZ - Günün birinci yarısında baş tutmayan bəzi cəhdlərinizə görə üzülməyin. Çünki sonrakı müddətdə onun əvəzi artıqlaması ilə ödənəcək. Ağlınıza gəlməyən sürprizlərə hazır olun.
TƏRƏZİ - Yaxın bir həftədə görəcəyiniz bütün işləri planlaşdırmaq, müzakirələr aparmaq üçün çox uğurlu vaxtdır. Bu istiqamətdə təcrübəli insanların məsləhətlərindən də yararlanmaq olar.
ƏQRƏB - Əsəblərinizi qoruyun ki, gün ərzində qarşınıza çıxan şanslardan lazımınca istifadə edə biləsiniz. Özünüzü ümidsizliyə sürükləməyin və daxili orqanlarınıza fikir verin.
OXATAN - Qarşınızda böyük işlər durur və bu təqvimdə daha çox o barədə düşünməlisiniz. Sizə kömək edə biləcək hər kəsdən yaxşı mənada istifadə etməyə çalışın. Ailədə sabitliyi qoruyun.
OĞLAQ - Əsas probleminiz insanlarla münasibəti normal səviyyədə tənzimləyə bilməməyinizdir. Bir qədər obyektiv olun. Bunu bacarsanız, günün ikinci yarısında mütləq əvəzini görəcəksiniz.
SUTÖKƏN - Bu gözəl günün mahiyyətini sizin qədər qavrayan yoxdur. Amma qavramaq azdır, bütün ruhunuzla Allah rizası üçün hərəkətə keçməlisiniz. Humanistliyinizi daha da artırın.
BALIQLAR - Fəaliyyət göstərdiyiniz müəssisələrə baş çəkməkdənsə, müqəddəs yerləri ziyarət edin. Xeyirxah insanlarla bir araya gəlin, küsülüləri barışdırın, zavallıları sevindirin.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?