Çətin günlər geridə qalır: Bu 4 bürcün həyatı dəyişəcək
Bizi izləyin

Qoroskop

Çətin günlər geridə qalır: Bu 4 bürcün həyatı dəyişəcək

Çətin günlər geridə qalır: Bu 4 bürcün həyatı dəyişəcək

Son aylarda çətinliklərlə üzləşən 4 bürc üçün yeni dövr başlayır. Oktyabrın 15-də Pluton retrosunun başa çatmasının ardından bəzi məsələlərin aydınlaşacağı, münasibətlərdə tarazlığın dəyişəcəyi və yeni başlanğıcların olacağı mümkündür.

Publika.az həyatında yeniliklər olacaq 4 bürcü təqdim edir:

Əqrəb

Son aylarda özünü çıxılmaz vəziyyətdə hiss edən Əqrəblər üçün gözləmə dövrü başa çatır. Plutonun irəli hərəkəti ilə onlar qorxularını geridə qoyaraq hədəflərinə daha cəsarətlə yönələ bilərlər. Bu dövr Əqrəblər üçün nəzarəti yenidən ələ almaq zamanıdır.

Buğa

Münasibətlərdəki fikir ayrılıqları və güvən problemləri son aylarda Buğaları yormuş ola bilər. Yeni dövrdə hadisələrə daha sakit yanaşmaq, lazımsız mübahisələrdən uzaq durmaq və şəxsi rahatlığı qorumaq ön plana çıxır. Buğalar onlara zərər verən münasibətləri daha aydın görə bilərlər.

Şir

Son aylarda yaşanan çətinliklər Şirlərə təkrarlanan səhvlərini və onları geridə saxlayan vərdişlərini anlamağa kömək etmiş ola bilər. İndi isə köhnə problemləri geridə qoymaq və yeni başlanğıclara yol açmaq zamanıdır. Şirlər keçmiş təcrübələrindən nəticə çıxararaq gələcəyə yönələcəklər.

Dolça

Plutonun Dolça bürcündə irəli hərəkəti bu bürcün nümayəndələri üçün güclənmə və dəyişiklik dövrünü ön plana çıxarır. Xüsusilə karyera və maliyyə məsələlərində daha strateji qərarlar vermək, hədəflərə çatmaq üçün planlı hərəkət etmək vacib olacaq. Dolçalar üçün əsas məqsəd yalnız köhnə problemləri geridə qoymaq deyil, həm də gələcəyi möhkəm təməllər üzərində qurmaqdır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm