ABŞ
Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
ABŞ-ın Boston şəhərində İmmiqrasiya və Gömrük Polisi (ICE) əməkdaşları bir həftə əvvəl lotereyada bir milyon dollar udan, Salvador əsilli qeyri-qanuni miqrantı saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" telekanalının müxbiri Bill Melugin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Bu gün səhər tezdən ICE-in Boston bölməsi ötən həftə Massaçusets ştatının dövlət lotereyasında bir milyon dollar udan şəxsi saxlayıb. Mənə verilən məlumata görə, həmin şəxs Salvadordan olan qeyri-qanuni miqrantdır”, – deyə paylaşımda bildirilib.
Məlumata görə, söhbət Ariel Antonio Velaskes-Moralesdən gedir. Onun barəsində 2014-cü ilin aprel ayından deportasiya qərarı qüvvədə olub. Saxlanılmağa cəhd edilərkən kişi qaçmağa çalışsa da, onu təqib edərək yaxalayıb və həbs ediblər.
Diqqətçəkən məqam budur ki, üç gün əvvəl Massaçusets lotereyasının rəhbərliyi sosial şəbəkələrdə Velaskes-Moralesin bir milyon dollarlıq çeklə çəkilmiş fotosunu yayımlayıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”
-
Magazin106:16"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı

































