Nida Təhlil
Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
Azərbaycanda içlərində hərbçilər də olmaqla, ümumilikdə 15 nəfər yanacaq mənimsəməkdə ittiham olunur.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, həmin şəxslərdən 4 nəfəri həbs edilib, 11 nəfər barəsində alternativ qətimkan tədbirləri seçilib.
İş üzrə Mehdiyev Elman, İmanlı Tehran, Əmirov Həsən, Bayramzadə Kənan, Məmmədov Mobil, Əliyev Qəhrəman, Quliyev Nihad, Məmmədov Zaur, Baxşiyev Samir, Hüseynli Məhəmməd, Mustafayev Elçin, Əliyev Məmməd, Mahmudov Cahid, Seyidov Mirmusa və Tərlanzadə Ravid təqsirləndirilən şəxs qismində cəlb olunub.
Onlardan bir neçəsi kapitan və mayor rütbəli hərbçilər, qalanları isə yanacaqdoldurma məntəqələrinin rəisləri və digər işçiləridir.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 10 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur.
Cinayət işi üzrə dəymiş ziyan 1 milyon 400 min manatdır.
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?






































