Qoroskop
Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
Ppublika.az bu günün qoroskopunu təqdim edir.
Qoç
Qarşınıza çıxan fürsətləri dəyərləndirmək üçün yaxşı zamandır. Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər, lakin problemi həll etməyə çalışın. Rəhbərinizdən şad xəbər gözlənilir. Mədə ilə bağlı bəzi narahatlıqlar sizi narahat edə bilər, buna görə də sağlam qidalanmaya keçin. Maliyyə baxımından bəzi irəliləyişlər proqnozlaşdırılır.
Uğurlu rənginiz: Qızılı
Uğurlu rəqəminiz: 2
Buğa
Pul ilə bağlı məsələlərdə ehtiyatlı olun, çünki yaxınlarınızdan biri sizi aldatmaq niyyətində ola bilər. Kor-koranə inandığınız yaxın dostunuzun və ya qohumunuzun arxanızca iş çevirməsi ehtimalı yüksəkdir. Maliyyə sahəsində artım gözlənilsə də, səhhətinizdə heç bir yaxşılaşma görünmür.
Uğurlu rənginiz: Gümüşü
Uğurlu rəqəminiz: 11
Əkizlər
Borc tələsinə düşmək ehtimalınız var. Kredit siyahınıza yeni xərclər əlavə edərək özünüzə yük etməyi dayandırın. Bu gün pul sizin üçün problem ola bilər. Tərəddüdlü davranışınız insanların sizə etibar etməsinə mane ola bilər. Sağlamlıq problemləri bu gün sizi narahat edə bilər, ehtiyatlı olun.
Uğurlu rənginiz: Ağ
Uğurlu rəqəminiz: 19
Xərçəng
Tələbələr dərslərində uğur qazanacaq və hətta müəllimlərindən xoş xəbər gözləyə bilərlər. Peşəkar fəaliyyətinizdə bəzi qətiyyətli addımlar atmağınız tələb oluna bilər. Şəxsi həyatınız və sevgi münasibətləriniz möhkəmlənəcək. Maliyyə və sağlamlıq baxımından özünüzü güvəndə hiss edəcəksiniz. Sizi müsbət enerjili bir gün gözləyir.
Uğurlu rənginiz: Mavi
Uğurlu rəqəminiz: 32
Şir
Ətrafınızdakı insanlar bu gün həyatınıza müdaxilə etməyə çalışacaqlar. Onların bu davranışı sizi hövsələdən çıxara bilər. Odur ki, təmkinli olun və emosiyalarınızı büruzə verməyin. Şəxsi həyatınızda inkişaf gözlənilir. Ailə üzvünüzdən alacağınız şad xəbər sizi sevindirəcək. Səhhətiniz yaxşı görünür.
Uğurlu rənginiz: Sarı
Uğurlu rəqəminiz: 21
Qız
Uzun müddətdir özünüzü kəşf edə biləcəyiniz bir gün axtarırdınız; qarşınızda fürsətlər və çağırışlarla dolu həmin gün gəlib çatdı. Karyeranızda yüksəliş gözlənilir. Şəxsi həyatınızda sabitlik hökm sürür. Birja ticarətindən çəkinin, çünki bu gün pul məsələləri sizin lehinizə deyil. Səhhətiniz yaxşıdır.
Uğurlu rənginiz: Boz
Uğurlu rəqəminiz: 15
Tərəzi
Münasibətlərin korlanmaması üçün dostunuz və ya qohumunuzla hər hansı müqavilə bağlamaqdan çəkinin. Çox sərt sözlər işlətməməyə çalışın. Şəxsi həyatınız sabitdir, peşəkar baxımdan isə işinizi dəyişməyi düşünə bilərsiniz. Maliyyə baxımından qohumunuzdan kömək istəyə bilərsiniz, bu vəziyyəti müvəqqəti düzəldəcək, lakin böhrandan çıxmaq üçün daimi həll yolu tapmalısınız. Ürəklə bağlı bəzi narahatlıqlar ola bilər, zərərli qidalardan (jund food) uzaq durun.
Uğurlu rənginiz: Yaşıl
Uğurlu rəqəminiz: 5
Əqrəb
Gün sizə xoşbəxtlik və yeni imkanlar gətirir. Daxili hisslərinizə (intuisiyanıza) güvənmək üçün yaxşı gündür. Bizneslə məşğul olanlar işlərini genişləndirmək haqqında düşünə bilərlər, çünki biznesinizin böyümə ehtimalı yüksəkdir. Qərar vermə gücünüzü dəyərləndirin, çünki edəcəyiniz seçimlər uzunmüddətli təsirə malik olacaq. Səhhətinizdə yaxşılaşma müşahidə olunur.
Uğurlu rənginiz: Qırmızı
Uğurlu rəqəminiz: 1
Oxatan
Qarşınıza yeni fürsətlər çıxır və onları dəyərləndirməyin tam vaxtıdır. Gündəlik rejiminizə xüsusilə sağlamlıqla bağlı yeni vərdişlər əlavə etmək üçün uğurlu gündür. Keçmişdə göstərdiyiniz səylərə görə qiymətləndiriləcəksiniz, bu da özünəinamınızı artıracaq. Maliyyə baxımından hər şey sabit görünür, lakin bəzi sağlamlıq problemləri sizi narahat edə bilər.
Uğurlu rənginiz: Qəhvəyi
Uğurlu rəqəminiz: 30
Oğlaq
Bu gün peşəkar həyatınızda bəzi vacib qərarlar verməli ola bilərsiniz. Yaxın zamanlarda bəzi dəyişikliklər gözlənilir, odur ki, öncədən hazırlaşın. Bu axşam özünüzü təmtəraqlı bir tədbirdə tapa bilərsiniz. Böyük məbləğdə nağd pul xərcləməyiniz də mümkündür. Səhhətiniz sabitdir.
Uğurlu rənginiz: Çəhrayı
Uğurlu rəqəminiz: 6
Dolça
Tələbələrin təhsildə uğur qazanacağı gözlənilir. Sevgi həyatınız möhkəmlənir və sizi qarşıda xoşbəxt anlar gözləyir. Telefon zəngi vasitəsilə şad xəbər ala bilərsiniz. Maaşınızın artması ilə maliyyə vəziyyətiniz yaxşılaşacaq. Sağlamlıq baxımından yaxşı olacaqsınız, lakin ailə üzvlərinizin qeydinə qalın.
Uğurlu rənginiz: Krem rəngi
Uğurlu rəqəminiz: 21
Balıqlar
Qarşınıza yeni fürsətlər çıxır, bu, yeni bir başlangıc dövrüdür. Həvəsiniz və ehtirasınız bu gün öz taleyinizi özünüz seçməyə imkan verəcək. Uşaqların bu gün bəzi sağlamlıq problemləri ola bilər, odur ki, kifayət qədər istirahət etsinlər. Tezliklə bəzi dəyişikliklər gözlənilir, yeni şəraitə uyğunlaşmaq üçün öncədən hazırlaşın. Sağlamlıq və var-dövlət məsələləri əlverişlidir.
Uğurlu rənginiz: Narıncı
Uğurlu rəqəminiz: 34
(Milli.Az)
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər






.jpg)

























