Noyabr ayına böyük sürprizlə başlayacaq 3 bürc
Bizi izləyin

Qoroskop

Noyabr ayına böyük sürprizlə başlayacaq 3 bürc

Noyabr ayına böyük sürprizlə başlayacaq 3 bürc

Noyabr ayı bəzi bürclər üçün gözlənilməz fürsətlər, sevgi və maliyyə sahəsində sevindirici yeniliklər vəd edir. Ulduzların mövqeyindəki dəyişikliklərin üç bürcün həyatında yeni səhifə açacağı, uzun müddətdir gözlənilən xəbərlərin isə onların üzünü güldürəcəyi bildirilir.

Publika.az həmin bürcləri təqdim edir:

Əqrəb - Maliyyə və karyerada uğur

Əqrəblər üçün noyabr ayı mühüm dəyişikliklərlə yadda qala bilər. Uzun müddətdir nəticəsini gözlədikləri iş və ya karyera fürsəti qəfil qarşılarına çıxa bilər. Gözlənilməz qazanc və ya gecikmiş ödəniş maddi vəziyyətlərini yaxşılaşdıra bilər. Şəxsi həyatda isə yeni başlanğıclar gündəmdədir.

Buğa - Sevgidə gözlənilməz yeniliklər

Noyabr ayında Buğaları münasibətlər və tərəfdaşlıqlarla bağlı sürprizlər gözləyir. Subay Buğalar üçün həyatlarının sevgisi ilə tanış olmaq, münasibəti olanlar üçün isə evlilik təklifi ehtimalı gündəmə gələ bilər. Ortaq layihələrdə maliyyə uğuru əldə etmək şansları da arta bilər.

Xərçəng - Sevgi və maliyyədə sevindirici xəbərlər

Xərçənglər üçün noyabr ayının ilk günləri emosional durğunluğun sona çatması ilə əlamətdar olacaq. Sevgi həyatında gözlənilməz romantik hadisələr yaşana bilər. Yaradıcılıq, hobbilər və investisiyalar əlavə gəlir gətirə bilər. Ailə ilə bağlı xoş xəbər almaq ehtimalı da var.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm