Qoroskop
Astroloji proqnoz - 17 mart
QOÇ – Novruz Bayramına qədər görəcəyiniz işləri yaxşı-yaxşı planlaşdırın. Çünki bu təqvimdə başınıza yeni ideyalar gələcək. Bununla yanaşı, səhhətinizi qorumağı da unutmamalısınız.
BUĞA - Uzaq səfərə çıxmaq bu gün yalnız sizin bürcdən olanlar üçün müvəffəqiyyətlidir. Bununla yanaşı, maliyyə məsələlərinin həllində və fəaliyyətdə də müəyyən irəliləyişlərə nail ola bilərsiniz.
ƏKİZLƏR - Yeni əlaqələr yaratmaq üçün bütün gücünüzü axtarışlara həsr etməlisiniz. Bu gün sizə daha əzmkarlıq göstərmək məsləhətdir. Nahardan sonra varlanma ehtimalınız var.
XƏRÇƏNG - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə ciddi məbləğdə borc verməyəsiniz. Əks təqdirdə həftə boyu problemləriniz səngiməyəcək. Axşama yaxın sevindirici xəbər eşidəcəksiniz.
ŞİR - Hər mənada uğurlu vaxtdır. Həm ailə-sevgi münasibətlərində, həm də məqsədlərə yetişmək istiqamətində uğurlarınız artacaq. Özünüzə güvənməklə çox zirvələri fəth edəcəksiniz.
QIZ - Böyük dəyişikliklər astanasındasınız. Daxili süstlüyünüz də səngiməkdədir. Elə addımlar atın ki, qarşınızda duran şanslardan bəhrələnəsiniz. Sevgidə də uğurlarınız labüddür.
TƏRƏZİ - İş yerində həmkarlarınızla mübahisələriniz gözlənilir. Bunu nəzərə alıb təmkin göstərin. Ən azı ona görə ki, əsəbləriniz qaydasında deyil. Sevginizə xələl gətirən hərəkətlərə son qoyun.
ƏQRƏB - Bayram ovqatlı gün olduğunu nəzərə alan ulduzlar günün əsas saatlarını istirahətə həsr etməyinizi məsləhət görür. Çox da uzaqda yerləşməyən ünvanlara qonaq getməyə də dəyər.
OXATAN – Ümumi əhvalınızda yaranmış passivlik aradan qalxacaq. Odur ki, işlə bağlı planlarınızın həllini sürətləndirin ki, uğurlara yetişəsiniz. Yersiz mübahisələrdən əl çəkin.
OĞLAQ - Saat 14-ə qədər münaqişəli situasiyalara cəlb olunma ehtimalınız yarandığından həmin müddəti yalnız ev şəraitində keçirməlisiniz. Sonrakı ərəfəni isə xoş ovqatda başa vuracaqsınız.
SUTÖKƏN - Bütün vaxtınızı görüş və əyləncələrə həsr etsəniz, bu təqvimdən xeyli razı qalacaqsınız. İştirak etdiyiniz məkanlarda çalışın ki, daha çox sevdiyiniz adamlarla birgə olasınız.
BALIQLAR - Əsasən sənədləşdirmə və alış-veriş işi üçün uğurlarınız ola bilər. Saat 14-16 arası isə qazanc əldə etmək imkanınız yaranacaq. Şəxsi münasibətlər üçünsə gərgin gündür.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."