Qoroskop
Astroloji proqnoz - 02 may
QOÇ – Hər şeyə loyal yanaşın, ənənəvi olmayan heç bir işə müdaxilə etməyin. Nəzərə alın ki, bu gün hər hansı risk uğursuzluqla nəticələnə bilər. Siyasi proseslərdə isə “pərdə arxasına” keçin.
BUĞA – Gün ərzində əsas idarəetmə öz əlinizdə olacaq. Odur ki, qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə bir qədər israrlı olmağınız vacibdir. Hər şeydən öncə informasiya toplamağa çalışın.
ƏKİZLƏR – Ailə-sevgi münasibətlərinə ədalətli mövqedən yanaşsanız, heç bir probleminiz olmayacaq. Fəaliyyət zəminində də olaylar xeyrinizə işləyəcək. Amma rəhbərliklə mübahisə yaratmayın.
XƏRÇƏNG – Günün ilk yarısında bacardığınız qədər diqqətli olun ki, hər hansı fiziki zədə almayasınız. Təxminən saat 15-dən sonra isə bir neçə hadisə sizi məmnun edəcək. Bu gün səfərə çıxmayın.
ŞİR – Münasibətlər sistemində diqqətli və ədalətli olun, ələlxüsus da ailə müstəvisində. Əgər qarşınızda duran bu təqvimdə hər hansı mübahisəyə yol versəniz, bu, uzun müddət davam edəcək.
QIZ – Əsas gücünüzü fəaliyyətə yönəldin. Öz bacarıq və məsuliyyətinizlə hörmət qazanmağa çalışın. Şəxsi büdcənizdə artım etmək üçün apardığınız danışıqlarda maksimum ehtiyatlı olun.
TƏRƏZİ – Daima ünsiyyətdə olduğunuz doğma və yaxınlarııza xüsusi qayğı göstərin. Çünki planetlərin bürcünüzdəki neqativ düzülüşü hər türlü mübahisədən qaçmağa əsas verir. İstirahət etməyə dəyər.
ƏQRƏB – Bu gün xeyriyyəçi timsalında davranın. Hər hansı münaqişəni və ya düşmənçiliyi təsəvvürünüzə belə gətirməyin. Ünsiyyətdə olduğunuz insanları anlamağa çalışın. Yalan vəd verməyin.
OXATAN – Əsas gücünüzü maliyyə problemlərinin həllinə yönəldin. Bunun üçün bütün mümkün variantları gözdən keçirin. Qarşınızda işlə bağlı yeniliklər də gözlənilir, amma səhhətinizi də qorumalısınız.
OĞLAQ – Ulduzlar gün ərzində yeniliklərlə rastlaşacağınzı proqnozlaşdırır. Bu səbəbdən gün ərzində bir an da boş dayanmamalısınız. Axşama doğru yaxın bildiyiniz kəslərə qonaq gedə bilərsiniz.
SUTÖKƏN – Ötən ay xeyli işləriniz yarımçıq qaldığından bütün gücünüzlə onları başa çatdırmalısınız. Çünki bugünkü qədər şanslı olmayacaqsınız. Amma bütün qərarlarda ədalətə söykənməyə çalışın.
BALIQLAR – Əgər təkbaşına hər hansı işin öhdəsindən gələ bilmirsinizsə, etibar etdiyiniz insanlarla məsləhətləşin. Ümumiyyətlə, bu gün kənardan deyilən tövsiyələrə daha ciddi yanaşın.
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
İdman06:46
Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO