Qoroskop
Astroloji proqnoz - 17 may
QOÇ – Səbrli olmaq bu tarixdə üzərinizə düşən başlıca vəzifə olacaq. Xüsusən də yeni iş qurduğunuz adamlarla diqqətli davranmalısınız. Bu gün qiymətli əşyalarınızı da qorumalısınız.
BUĞA - İstirahət haqqında düşünməyin. Bu gün ümumiyyətlə, evdə oturmaq olmaz. Ona görə ki, bütün göstəricilər həyatınızı dəyişə bilən təsadüflər vəd edir. Qapalı yerdə isə belə şey olmur.
ƏKİZLƏR – İş yerində xırda narahatçılıq olsa da, bu, qısa zamanı əhatə edəcək. Əsası odur ki, ünsiyyətdə olduğunuz hər kəsi dəqiq tanıyasınız. Bu gün qərəzkar adamlarla hər bir ünsiyyəti kəsin.
XƏRÇƏNG – Sağlıq durumunuzdakı xırda narahatçılığı nəzərə almasaq, günün ümumi bəhrəsini görəcəksiniz. Hətta saat 15-18 aralığında şəxsi büdcənizdə artım da mümkündür. Səfərə çıxmayın.
ŞİR – İşğal tariximizə təsadüf etsə də, qarşınızda duran bu təqvim xatirinizdə uzun zaman xoş bir təəssüratla qalacaq. Daha aktiv olun ki, mənəvi mənfəətiniz cəld və bol olsun. Səfərə çıxmayın.
QIZ – Bu gün qarşınızda xeyli iş və vəzifələr durur. Amma Göy qübbəsi bunların öhdəsindən gələcəyinizi bildirir. Əgər tərəddüdünüz olarsa, təcrübəli insanların məsləhətindən yararlanın.
TƏRƏZİ – Ətrafınızda cərəyan edən olaylar o qədər də zövqünüzə uyğun deyil. Amma bunu özünüzə dərd etməyin. Çünki nahardan sonra bu qənaətlərinizi inkar edə biləcək olaylarla rastlaşacaqsınız.
ƏQRƏB – Nəhayət ki, sıxıntılı məqamlarınıza vida söyləyəcəksiniz. Təxminən saat 12-dən etibarən həyatınızın “qızıl dövrünə” start veriləcək. Bütün gücünüzü səfərbər edin, dostlara arxalanın.
OXATAN – Bir qədər təxribatlı gündür – sizi sevməyənlər hücuma keçə bilər. Bu səbəbdən hər bir işi ehtiyatlı icra etməli, sənədlərlə bağlı tam diqqətli olmalısınız. Yeməyi vaxtlı-vaxtında qəbul edin.
OĞLAQ – Nahara qədər münasibətlərə diqqət yetirin. Kimlərisə yerli-yersiz itiiham etməyin. İndi sizə münasibətləri inkişaf etdirmək daha vacibdir. Bu gün heç kimə borc verməyin.
SUTÖKƏN – Bürcünüzdəki astronomik mənzərə daha çox büdcənizin artımına xidmət edəcək. Əgər Göylərin qərarını yerdə də bərkitsəniz, nəticə sizi tam qane edəcək. Yalan vədlər verməyin.
BALIQLAR – Özünüzü iş-güclə çox yükləməyin. Çünki gün boyu fiziki bədəniniz artıq yük götürməyə qabil olmayacaq. İş rejimi imkan versə, istirahət edin. Ziyarət üçün də yaxşı vaxtdır.
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı