“50 minlik ordumuz...” - Gizli görüşdə ABŞ-dan ŞOK ETİRAF
Bizi izləyin

Region

“50 minlik ordumuz...” - Gizli görüşdə ABŞ-dan ŞOK ETİRAF

ABŞ xüsusi əməliyyatlar və qüvvələr komandirliyinin (SOCOM) rəhbəri Raymond Tomasın Kolorado ştatının Aspen şəhərində hərbçilərlə keçirdiyi gizli görüşdə etdiyi çıxışın mətni yayılıb.

Publika.az xəbər verir ki, “The Nation” nəşrinin dərc etdiyi mətnə görə, Raymond Tomas İraq və Suriyada ABŞ-a bağlı olan qüvvələrdən danışıb.

“Hazırda İŞİD-in paytaxtı olan Rakkanın içinə kimi girdik. Tezliklə Rakkanı vəkalət ordumuzla (Suriya Demokratik Qüvvələri nəzərdə tutulur, onun əsasını isə PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG gücləri təşkil edir - red.) alacağıq. Mən buradakı 50 minlik güclü bir ordudan söhbət edirəm. 2,5 illik döyüşdə YPG minlərlə döyüşçünü itirdi, biz isə yalnız iki xüsusi təyinatlını itirdik. Hətta 2 nəfər belə çoxdur, amma bu, böyük uğurdur”, - o deyib.

Qeyd edək ki, Rakka 2017-ci ilin oktyabrında İŞİD-dən təmizlənib. Bu, sözügedən çıxışın həmin tarixdən əvvəl olduğunu deməyə əsas verir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm