• USD 1,7000 0,00% EUR 1,9289 +1,16%
    • GBP 2,1442 +0,56% RUB 0,0246 -0,81%

Ruhanidən SƏRT BƏYANAT : "ABŞ Suriyanın parçalanmasını planlaşdırır"

  • Region
  • 4 Aprel 2018 09:39
  • 1 023 Baxış
Ruhanidən SƏRT BƏYANAT : "ABŞ Suriyanın parçalanmasını planlaşdırır"

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkiyə səfərindən öncə Suriyadakı gərginlik barədə açıqlamalar verib.

Publika.az xəbər verir ki, Ruhani Suriya böhranında oynadığı rollar səbəbilə ABŞ və İsraili sərt tənqid edib.

Prezident bildirib ki, Amerika Suriya hökumətinin ölkədə hakimiyyət qurmasına qarşı çıxır, hətta Suriyanın parçalanmasını düşünür və planlaşdırır: “Suriyaya sionist qüvvələrin müdaxiləsi var və bu, problemləri artırır. Suriyanın milli suverenliyinə hörmət etmir, ölkənin torpaqlarını bombalayırlar. Terrorçulara dəstək verirlər. Bunlar Suriyadakı problemləri daha da ağırlaşdırır”.

Ruhani qeyd edib ki, 7 ildir davam edən və 500 000 insanın ölümünə, milyonlarla insanın qaçqın düşməsinə səbəb olan Suriya müharibəsinin hərbi həlli yoxdur. Bu böhran yalnız dialoqlarla həllini tapa bilər.

Qeyd edək ki, Əsədin bölgədəki bir nömrəli müttəfiqi olan İranın Şiə rejimi Şam hökumətinə hərbi dəstək verir. İrandan hərbi məsləhətçilər və İnqilab Keşikçiləri ilə yanaşı, İranla bağlantısı olan Şiə milsiləri də Əsəd rejimini dəstəkləyir.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR