Tanker aşdı, küçə müharibə meydanına döndü - FOTO\VİDEO
Bizi izləyin

Region

Tanker aşdı, küçə müharibə meydanına döndü - FOTO\VİDEO

Türkiyədə sürücü tankeri təmir edərkən ehtiyatsızlıq səbəbindən tanker aşıb.

Publika.az xəbər verir ki, hadisə ölkənin Başakşehir adlanan bölgəsində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü tankeri yol qırağına park edərək, onun altına girib. Bir anda hərəkət edən tanker sürücünü əzərək yola çıxıb və yol kənarında olan avtomobillərə çırpılıb. Ətrafdakı insanlar sürücüyə yardım etmək və yoldakı yanacağı təmizləmək üçün hadisə yerinə toplaşıblar.

Hadisə nəticəsində yolda zəncirvari qəza baş verib. 12 avtomobilə ciddi ziyan dəyib, ölən olmayıb.

Tanker sürücüsü və digər avtomobillərin sürücüləri müxtəlif bədən xəsarəti ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirliblər. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilib.

Qəza anı yoldakı təhlükəsizlik kameralarına düşüb.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm