Region
Ermənistanın baş naziri istefa şərtlərini açıqlayıb
Ermənistanın keçmiş prezidenti və hazırkı baş naziri Serj Sarqsyan istefa şərtlərini açıqlayıb.
Publika.az report.az-a istinadən bildirir ki, baş nazir ölkənin təhlükəsiz inkişafını təmin etdikdən və Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına nail olduqdan sonra vəzifəsindən gedəcəyini bildirib.
Onun sözlərinə görə, Ermənistanda demokratiya heç vaxt "geridə qalmayacaq". Sarqsyan həmçinin deyib ki, onun baş nazir vəzifəsində olması "regiondakı mürəkkəb geosiyasətlə bağlıdır".
"Mənim təsəvvürümcə, bu problemlər həll olunandır. Ölkənin lideri bundan sonra başqa məsələləri öz üzərinə götürə bilər", - deyə o, özünü lider adlandıraraq bildirib.
Qeyd edək ki, Ermənistan müxalifəti onun baş nazir vəzifəsinə təyin edilməsi əleyhinə etiraz aksiyaları keçirir. Aksiyaların gedişində yüzlərlə müxalifətçi saxlanılıb və həbs edilib.
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR