Tbilisidə ETİRAZ AKSİYASI - Polis qüvvələri cəlb edildi - - FOTO/VİDEO
Bizi izləyin

Region

Tbilisidə ETİRAZ AKSİYASI - Polis qüvvələri cəlb edildi - - FOTO/VİDEO

Tbilisidə etiraz aksiyasının keçirildiyi parlament binasının qarşısına əlavə polis qüvvələri cəlb edilib.

Publika.az xəbər verir ki, xüsusi təyinatlılar bir sıra küçələrə nəzarəti gücləndiriblər.

"Pirveli" radiosunun məlumatına görə, xüsusi təyinatlılar Rustavelli prospektinə, o cümlədən Kaşveti kilsəsinə aparan küçələrdə yerləşdiriliblər.

"Azadlığımız uğrunda küçəyə çıx" adlı aksiya ilk olaraq "Ağ səs" ictimai hərəkatı tərəfindən təşkil olunub. Etiraz aksiyası yerli vaxtla saat 15:00-da başlayıb. Əvvəlcə polis əməkdaşları aksiyanın keçirildiyi ərazini mühasirəyə alıblar. Əraziyə həmçinin xüsusi təyinatlı dəstələr də cəlb edilib.

Hərəkatın lideri Beka Çikiraşvili Daxili İşlər Nazirliyinin nümayəndələri ilə danışıqlar apararaq, onlardan yolu açmağı, güc strukturlarının əməkdaşlarının geri çağırılmasını xahiş edib. "Burada bizə bizi dünən qovan xüsusi təyinatlılar lazılm deyil", – deyə o bildirib.

Aksiyaçılar ölkənin baş nazirinin istefasını tələb edirlər.

Qeyd edək ki, aksiya iştirakçıları paytaxt Tbilisinin gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz edirlər. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm