• USD 1,7000 0,00% EUR 2,0296 +0,12%
    • GBP 2,3669 -0,26% RUB 0,0235 +0,43%

Türkiyə ABŞ-ın kabusu oldu - Avropadan Türkiyəni bombardman etmək PLANI

  • Region
  • 27 May 2018 12:58
  • 3 749 Baxış
Türkiyə ABŞ-ın kabusu oldu - Avropadan Türkiyəni bombardman etmək PLANI

Suriyada PKK/PYD terror təşkilatı üçün dizayn edilən Aralıq dənizinə uzanan terror dəhlizi layihəsi Türkiyənin həyata keçirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatları sayəsində planı yerlə bir olan ABŞ-ın yeni hədəfi bəlli olub.

Publika.az xəbər verir ki, Amerikanın siyasətinə yön verən düşüncə qurumlarından olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (Centre for Strategic & International Studies) “ABŞ-ın Şərqi Aralıq Dənizindəki strateji varlığını bərpa etmək” başlıqlı məqalə yayımlayıb.

Məqalədə Tramp hökumətindən bölgədəki enerji hövzəsini qəsb etmək üçün təhlükə olaraq gördüyü Türkiyəni əngəllənməsi çağırışı edilib. Vaşinqtona Kiprdən Türkiyəni bombardman etmək vəzifəsi verilən sənəddə Kiprə əsgər çıxarılması, Pentaqonun Yaxın Şərq əməliyyatlarında adadakı ingilis bazalarından istifadə edilməsi və Türkiyəyə qarşı Şərqi Aralıq Dənizində İsrail-Yunansıtan-Kipr-Misir paktının qurulması məsləhətləri qeyd edilib.

Məqalə ABŞ Xarici İşlər Nazirliyi Yaxın Şərq Masasından sabiq diplomat Con Alterman, Avrasiya Masasından Heter Konli və CSİS mütəxəssisi Haim Malka ilə Donatain Rayın tərəfindən qələmə alınıb. Burada Türkiyənin cizgisindən çıxdığı bildirilib. Tramp hökumətinə “Yunan-Amerikan münasibətlərini inkişaf etdir” tövsiyəsi verən CSİS Pentaqonun bölgədə yerləşən İngiltərəyə məxsus “Akrotiri” bazasından istifadə edə biləcəyinə işarə verib. “Akrotiri” Bağdada 650, Rakkaya isə sadəcə 350 km uzaqda yerləşdiyinə diqqət çəkən qurum “Kiprdə AvroAtlantik İttifaqının maraqlarını əngəlləyən şey bölünmüş status və adadakı türk hərbi varlığıdır” ifadələrinə yer verib.

Romalıların özlərini qoruya bilməyəcəyinə diqqət çəkən CSİS Pentaqonun Kiprə hərbi qüvvə yeridə biləcəyini qeyd edib. ABŞ-ın Kiprdəki iqtisadi sərmayələrini artıraraq bölgədə Çin və Rusiya hakimiyyətinin iradəsini qıra biləcəyini vurğulayıb. Bundan əlavə, Yunanıstan, Kipr və İsrail arasındakı Şərqi Aralıq Dənizindən çıxan təbii qaz və neftin Avropa ölkələrinə göndərmək üçün çəkiləcək boru xətti layihəsinə dəstək çağırışı da edilib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR