Kritik görüş öncəsi Ankaradan Vaşinqtona MESAJ
Bizi izləyin

Region

Kritik görüş öncəsi Ankaradan Vaşinqtona MESAJ

Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasına cavab olaraq “F-35” beşinci nəsil qırıcı-bombardmançıların Türkiyəyə satılmasına qarşı atılan addımlar Vaşinqton və Ankara arasında gərginliyə səbəb olur.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə nəzərdə tutulan görüş ərəfəsində Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

“Ankara və Vaşinqton arasında həqiqətən beşinci nəsil qırıcılarının çatdırılması müqaviləsi üzrə gərginlik baş verir. Ancaq unutmaq lazım deyil ki, Türkiyə Rusiya ilə müqaviləyə qədər öz müttəfiqi – ABŞ-la hava hücumundan müdafiənin sistemlərinin alınması mövzusunu müzakirə edirdi. Amma Vaşinqton onları bizə satmaqdan imtina etdi. Buna görə də Rusiya ilə danışıqlara başlamalı olduq. Əgər ABŞ bu gün Türkiyə belə sistemləri satmağa hazırdırsa, onda biz onları əldə etməyə hazırıq”, - Çavuşoğlu Türk-Amerika Milli Koordinasiya Komitəsi (TASC) ilə görüşdə deyib.

Daha əvvəl Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Hami Aksoy bildirib ki, “S-400” sistemləri Türkiyənin hava hücumundan müdafiə sahəsində qısamüddətli vəzifələr üçün lazımdır. Onun sözlərinə görə, Ankara orta və uzunmüddətli vəzifələr üçün “Patriot” komplekslərinin alınması üzrə ABŞ-la danışıqlar aparır.

Qeyd edək ki, mayın 25-də ABŞ Konqresinin Nümayəndələr Palatası 2019-cu il maliyyə ilində Pentaqonun büdcəsi haqqında qanun layihəsini qəbul edib. Qanun layihəsi “S-400” zenit-raket komplekslərinin alınmasına dair xüsusi məruzə hazırlanmadan “F-35” qırıcılarının Türkiyəyə çatdırılmasını bəyənmək imkanından müdafiə nazirini məhrum edir. Sənəd Rusiyadan "S-400" sistemləri alınacağı təqdirdə, Türkiyəyə "F-35" qırıcılarının satışına qadağa qoyulmasını nəzərdə tutur. Qanun layihəsi növbəti mərhələdə Senatda müzakirəyə çıxarılacaq. Yekun mərhələdə isə bu sənədi ABŞ prezidenti imzalamalıdır.

ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell daha əvvəl bildirib ki, "S-400"-lərin alınması Türkiyənin ABŞ-dan "F-35" tədarük etməsinə mənfi təsir göstərəcək.

Türkiyə ABŞ-dan 100 ədəd “F-35” qırıcısını almağı planlaşdırırdı. Amerika qanunvericiləri tərəfindən təklif edilən təşəbbüs bu müqavilənin icrasına ciddi mane ola bilər.

Hami Aksoy bildirib ki, Vaşinqton “F-35” qırıcılarını Ankaraya çatdırmaqdan imtina edərsə, Türkiyə ABŞ-a qarşı cavab addımları atacaq.

KİV-in yazdığına görə, ABŞ Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınması ilə əlaqədar "F-35"-lərin Türkiyəyə satışına mane olarsa, bu halda Ankara Rusiyadan "Su-57" qırıcılarının alınmasına dair qərar qəbul edə bilər.

Qeyd edək ki, ABŞ və Türkiyənin siyasət idarələrinin başçıları arasında Vaşinqtonda görüş bu gün keçirilməlidir. Görüşdə “F-35” qırıcılarının alınması, ikitərəfli münasibətləri, Suriya münaqişəsi və PKK terror təşkilatının Suriyanın Münbiç bölgəsindən çıxarılması mövzuları müzakirə ediləcək.

Xatırladaq ki, daha əvvəl danışıqlara qatılan mənbələrə istinadən “Anadolu” agentliyinin yazdığına görə, Çavuşoğlu-Pompeo görüşündə Münbiç planı təsdiqlənə bilər. Plan Fərat çayının qərb sahilində yerləşən terrorçuların bir ay içində bölgədən çıxarılmasını nəzərdə tutulur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm