Xomeyninin nəvəsi İranı AYAĞA QALDIRDI - - FOTO
Bizi izləyin

Region

Xomeyninin nəvəsi İranı AYAĞA QALDIRDI - - FOTO

İran İslam Respublikasının banisi Ayətullah Xomeyninin nəvəsi Əli İşrakinin ailəsi ilə çəkdiyi fotoşəkil İranda gündəm olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İşrakinin həyat yoldaşı və iki qızı ilə çəkdiyi fotoşəkildə görünən çanta əhalinin sərt reaksiyasını doğurub.

İşrakinin böyük qızı olan Yasəminin qolundakı çanta lüks məhsulları ilə tanınan İtaliyanın moda nəhəngi “Dolce & Gabbana”ya aid olub. İranlı jurnalistlər çantanın təxminən 4900 dollar (təxminən 8250 manat –red.) dəyərinin olduğunu öyrəniblər.

Xəbərə görə, Yasəminin “Dolce & Gabbana” şirkətinə aid çantası ailənin lüks həyatı ilə bağlı ilk xəbər deyil. Daha əvvəl Əli İşrakiyə aid təxminən 1800 dollar dəyərində olan “Burberry” markalı saat sərt tənqidlərə səbəb olmuşdu.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm