Ərdoğanın üçmərhələli planı, hədəfləri və Azərbaycana səfəri - Türkiyədə TARİXİ ANLAR
Bizi izləyin

Region

Ərdoğanın üçmərhələli planı, hədəfləri və Azərbaycana səfəri - Türkiyədə TARİXİ ANLAR

Türkiyədə 24 iyun seçkilərində yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan bu gün andiçmə mərasimindən sonra yeni sistemə keçid üçün üçmərhələli plan başladacaq.

Publika.az xəbər verir ki, prezident Türkiyə Böyük Millət Məclisindəki inauqurasiya mərasimindən sonra Anıtqəbir abidəsinə ziyarət gedəcək.

Ərdoğan yolda olarkən Türkiyənin Rəsmi Qəzetindən “Prezidentin 1 nömrəli fərmanı” yayımlanacaq. Nazirliklərlə bağlı dəyişikliklər və prezident idarəetmə sistemi bu fərmanla elan ediləcək.

Prezident yeni sistemə keçid mərasiminin ardınca saat 22:00-da maraqla gözlənilən yeni sistemin 16 nəfərdən ibarət ilk nazirlərini açıqlayacaq. Eyni zamanda, Beştəpədə qurulan 9 qurumun başına keçəcək şəxslərin də adlarının açıqlanması gözlənilir.

Ərdoğanın prezident üsulu idarəsinə keçidindən sonra ilk xarici rəsmi səfəri Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə olacaq. Çərşənbə və cümə axşamı isə NATO zirvəsi üçün Brüsselə gedəcək.

Prezident yeni dövrə çox zaman xüsusilə vurğuladığı 2002-ci ildəki iqtidara gəlişi prosesinə bənzər bir proses həyata keçirərək başlayacaq. 2002-ci ildə ilk 100 gün üçün “Təcili Hərəkət Planı” açıqlayan Ərdoğan bu həftədən etibarən üçmərhələli plana start verəcək. İlk mərhələdə “100 gün”, ardınca “İkinci 100 gün” və “6 aylıq” layihə, plan və atılacaq addımlar ictimaiyyətlə paylaşılacaq. Bütün bu proseslərdən sonra “2023 hədəfləri” çərçivəsində görüləcək işlərə diqqət yetiriləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm