Region
Nazir Azərbaycan dilini TƏHLÜKƏ adlandırdı
İranın Təhsil naziri Məhəmməd Bəthayi ölkənin təhsil müəssisələrində qeyri-fars dillərinin qadağan olunduğunu bildirib. O, fars dilini “qırmızı xətt” adlandırıb.
O, bu barədə İsfahan şəhərində keçirdiyi iclasda danışıb.
Nazir qeyri-fars dillərinin İran üçün təhlükəli olduğunu bildirib:
“Bəzi müəssisələrdə şagirdlərə digər dillər tədris olunur. Bu, olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrindən öyrənirlər, ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidirlər. Fars dili “qırmızı xətt”dir, məktəblərdə bundan o tərəfə keçmək olmaz”.
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) idarə heyətinin üzvü Ağrı Qaradağlı bildirib ki, İranda qeyri-fars dilləri, o cümlədən 35 milyondan çox Güney Azərbaycan türkünə öz dillərində tədris almaq qadağan edilib.
GAMOH rəsmisi buna görə azərbaycanlıların təzyiqlərlə üzləşdiyini diqqətə çatdırıb:
“Hesab edirik ki, Azərbaycan dilinə qoyulan qadağa azərbaycanlılara qarşı aparılan assimiliyasiya siyasətinin tərkib hissəsidir. Milyonlarla Azərbaycan türkü İran dövlətin bu qanunsuzluğuna etiraz etsə də, acınacaqlı vəziyyəti düzəltmək mümkün deyil”. (teleqraf)
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO