Bu dəlil Gülənin sonunu gətirə bilər – Telefondan TAPILDI
Bizi izləyin

Region

Bu dəlil Gülənin sonunu gətirə bilər – Telefondan TAPILDI

Fəthullahçı Terror Təşkilatının (FETÖ) bir üzvünün telefonundan 15 iyul dövlət çevrilişi gecəsinə aid çox əhəmiyyətli yeni bir dəlil əldə edilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib.

Onun sözlərinə görə, bu dəlil FETÖ-nün çevriliş cəhdi ilə birbaşa əlaqəli olduğuna dair bütün tezisləri gücləndirir.

“Bu axşam ABŞ-ın ədliyyə naziri ilə telefon söhbətin olacaq. Prosesi birlikdə izləyəcəyik”, - türkiyəli nazir vurğulayıb.

Qeyd edək ki, FETÖ lideri Fəthullah Gülən hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Ankara onun ekstradisiyasını tələb etsə də, Vaşinqton müxtəlif bəhanələrlə bu tələbi geri çevirir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm