Adnan Oktar "kedicik"ləri təşkilata necə cəlb edirmiş - DETALLAR AÇIQLANDI
Bizi izləyin

Region

Adnan Oktar "kedicik"ləri təşkilata necə cəlb edirmiş - DETALLAR AÇIQLANDI

Türkiyədə özünü din xadimi kimi təqdim edən və bir müddət əvvəl həbs edilən Adnan Oktarın qızları təşkilata cəlb etmək üsulu ilə bağlı yeni məqamlar açıqlanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşkilatla bağlı aparılan araşdırmalar zamanı ifadə verən şikayətçilərdən biri Adnan Oktarın “qız gətirmə imamı” Bora Yıldıza verdiyi təlimatlardan danışıb.

Şikayətçi bildirib ki, Adnan Oktar daim qızları necə tələyə sala biləcəkləri ilə bağlı təşkilat üzvlərinə təlimatlar verirdi.

“Məsələn, təşkilatın “qız gətirmə imamı” Bora Yıldız bizim yanımızda daxili telefonla Adnan Oktara zəng edərək qızları razı sala bilmədiyini deyirdi. Adnan Oktar da qızı necə tələyə salacağı ilə bağlı təlimat verirdi”.

Şikayətçi bildirib ki, təşkilata qızları cəlb etmək üçün Bora Yıldız, Dolunay Tezinlə birlikdə hərəkət edirdi.

“İkisi də ticarət mərkəzlərini gəzirdi, gördükləri gözəl qıza ilk olaraq Dolunay Tezin yaxınlaşırdı. Qıza nə qədər gözəl olduğunu deyər, reklam şirkətlərinin olduğunu bildirərdi. Qıza istəsə, şirkətə gəlib sahibi ilə danışa biləcəyini deyər və telefon nömrəsini götürərdi.

Tezin həmin qızlarla yazışar, onların etmadını qazanandan sonra Yıldızın ofisinə gətirər və şirkət rəhbəri olaraq, onu tanış edərdi. Bir müddət sonra Yıldız qızla sevgili olardı. Təşkilata Adnan Oktarın tam istədiyi qızları məhz Yıldız gətirərdi. Oktar televizorda gözəl aparıcı görən kimi,”Bora bu qızı mənə gətirsin” deyə, təlimat verərdi. Hətta iddiaya görə Yıldız bu məqsədlə bir neçə aparıcı ilə sevgili olub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm