Region
İtaliya da Türkiyənin yanında - Mühüm GÜZƏŞTLƏR
ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı həyata keçirdiyi iqtisadi məhdudiyyətlərə qarşı çıxan dövlətlərin sayı artır.
Publika.az xəbər verir ki, İtaliya da Türkiyəyə tam dəstək verəcəyini açıqlayıb.
İtaliyalı investorlar Türkiyəni seçəcəklərini bəyan ediblər. Eləcə də İtaliya dövləti qapılarını sonuna qədər türkiyəli iş adamlarının üzünə açıb. Viza, bu ölkədə yaşamaq üçün icazə və vergi ödənişləri ilə bağlı türkiyəli iş adamlarına güzəştlər ediləcək.
İtaliya digər dövlətlərdən olan investorlara 500 avro investisiya şərti irəli sürsə də, türkiyəli iş adamları üçün bu məbləği 100 avroya endirib. Lazımı sənədləri təqdim edən namizədlərə, ölkələrindəki diplomatik nümayəndəlikdə 48 saat ərzində viza verilməsinə imkan yaradılacaq.
İnvestor vizası ilə İtaliyaya daxil olanlar 2 illik qalma icazəsi əldə edir, daha sonra bunu 3 ilə uzada biləcəklər. 5 il yaşamaq icazəsi alanlar isə bu müddət başa çatandan sonra müddətsiz yaşamaq icazəsi ala bilər.
İtaliyanın xarici işlər naziri Enzo Moavero da Türkiyəyə dəstək mesajı göndərib:
“İlk düşüncəm, Aralıq dənizində ticarət və maliyyə balansı baxımdan çox mühüm bir ölkə ilə əməkdaşlıq etməkdir. Böhran hər birimiz üçün pis xəbərdir.Məsuliyyəli bir şəkildə bu hadisəyə münasibət göstərməliyik”.
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı
-
Nida Xəbər 11 Oktyabr 20:20
Oqtay Şirəliyev cərimələndi - Nə baş verib?
-
Magazin111 Oktyabr 20:10
Emin Ağalarovun "SeaBreeze”də kimə ev verəcəyi bilindi - FOTO