Ərdoğan yenidən AKP-nin sədri seçildi
Bizi izləyin

Region

Ərdoğan yenidən AKP-nin sədri seçildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri seçilib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan AKP-nin Ankara İdman Salonunda keçirilən VI qurultayında partiyanın sədrliyinə tək namizəd olub.

Qurultayda iştirak edən 1457 nümayəndədən 1381-i səsvermədə iştirak edib. Onlardan isə 1380-i Ərdoğanın lehinə səs verib, 1 səs isə etibarsız sayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm