İrandakı terroru daha bir təşkilat üzərinə götürdü: 28 ölü, 60 yaralı - - YENİLƏNDİ
Bizi izləyin

Region

İrandakı terroru daha bir təşkilat üzərinə götürdü: 28 ölü, 60 yaralı - - YENİLƏNDİ

İŞİD terror təşkilatı İranın Əhvaz şəhərində baş verən hücumun məsuliyyətini öz üzərinə götürüb.

Bu barədə İŞİD-ə yaxınlığı ilə tanınan “Amak“ nəşri məlumat yayıb.

Xəbərdə əvvəlcə İran Prezidenti Həsən Ruhaninin də hadisə yerində olduğu qeyd edilsə də, sonradan bu yanlışlıq düzəldilib.

İŞİD hücumu təşkil etdiyini iddia etsə də, teraktla bağlı hər hansı bir görüntü paylaşmayıb (Axar.az).

***

İranda hərbi paradda törədilən terror aktını törədən təşkilat məlum olub.

Publika.az
xəbər verir ki, Ahvaz şəhərində törədilən terror aktını İranın terrorçu təşkilat elan etdiyi “Əl Ahvaziya” üstünə götürüb.

Terror aktı nəticəsində ən az 28 nəfər ölüb, 60 nəfər yaralanıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm