Türkiyədə 2,5 milyardlıq ƏMƏLİYYAT - 417 nəfər saxlanıldı
Bizi izləyin

Region

Türkiyədə 2,5 milyardlıq ƏMƏLİYYAT - 417 nəfər saxlanıldı

İstanbul Baş prokurorluğu iqtisadi cinayətlərdə şübhəli bilinən 417 nəfərin saxlanılmasına qərar verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) bildirib.

Bu şəxslər ölkənin iqtisadi və maliyyə təhlükəsizliyinə zərər verən hərəkətlərdə şübhəli bilinirlər. Məlumata görə, 417 şübhəli 28 min 88 xarici hesaba 2,5 milyard türk lirəsi (təxminən 420 milyon dollar) göndərib.

Xaricdəki hesabların ABŞ-dakı iranlılara aid olduğu bildirilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm