Gürcüstanda kişilərin ölüm səbəbinə görə dünyada 8-ci yerə qalxıb
Bizi izləyin

Region

Gürcüstanda kişilərin ölüm səbəbinə görə dünyada 8-ci yerə qalxıb

Gürcüstan kişilərin qeyri-infeksion xəstəliklərdən ölüm faktına görə dünyada ilk onluğa düşüb.

“The Lancet” jurnalının məlumatına görə, Gürcüstanda qeyri-infeksion xəstəliklərdən ölən kişilər əsasən 30-70 yaş arasındadır. Ölkə bu göstərici ilə dünyada 8-ci yerdədir.

Birinci 3 yeri Monqolustan, Fici və Qazaxıstan tutur.

Jurnalın məlumatına görə, alimlər 180 ölkədə xərçəng, şəkərli diabet, ürək-damar və nəfəs yollarının iltihabından ölüm hallarının artım dinamikasını öyrəniblər. Bu ölkələrdə həmin xəstəliklərdən ölən kişilər əhalinin 34,9 faizini, qadınlar isə 15,9 faizini təşkil edib.(Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm