Qaşıqçının ölümü ilə bağlı ŞOK İDDİA
Bizi izləyin

Region

Qaşıqçının ölümü ilə bağlı ŞOK İDDİA

Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda qətlə yetirilən Camal Qaşıqçının ölümü ilə bağlı daha bir iddia ortaya çıxıb. Belə ki, ölüm əmrini birbaşa verən şəxsin kimiyi açıqlanıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, müxalif jurnalistin ölüm əmrini vəliəhd şahzadə Məhəmməd ibn Salmanın müşaviri Saud ibn Abdullah Al-Qahtani verib.

İddiaya görə, müxalif jurnalistin bir sıra məqalələri ölkə hakimiyyətinin kəşfiyyatçısı, yüksək vəzifəli general Əhməd Asirinin işindən azad edilməsinə, eləcə də vəliəhd şahzadə Məhəmməd ibn Salmanın müşaviri Saud ibn Abdullah Al-Qahtaninin kurasiyasına mençilik törədib. "The New York Times" nəşrində yer alan məqaləyə görə, ekspertlər iddia edir ki, Qaşıqçının öldürülməsi əmrini birbaşa Qahtani verə bilərdi.

Onun konsulluqla necə əlaqə saxladığına dair dəlillər olmasa da, ehtimal edilir ki, bu, sosial media üzərindən baş verib.

Saud ibn Abdullah Al-Qahtani ölkə iqtidarını sosial media üzərindən qeyri-qanuni yollarla müdafiə edən və müxalif qüvvələri linç edən güclü "trol ordusuna" sahibdir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm