İran parlamentində türklərə qarşı daha bir QALMAQALLI ÇIXIŞ
Bizi izləyin

Region

İran parlamentində türklərə qarşı daha bir QALMAQALLI ÇIXIŞ

İran parlamentində Türkiyə ilə bağlı qalmaqallı fikirlər səsələnidirilib.

Publika.az xəbər verir ki, Məhabad vilayətinin millət vəkili Cəlal Mahmudzadə Türkiyənin Suriyada PKK və YPG terror təşkilatlarına qarşı həyata keçirdiyi “Fərat qalxanı”, “Zeytun budağı” kimi hərəkatlarını tənqid edib.

O bildirib ki, bu hərəkatlar terrorçulara qarşı deyil, dinc sakinlərə qarşı keçirilib. Kürd əsilli millət vəkili HDP partiyasının həmsədri Səlahəddin Dəmirtaşın həbs edilməsi ilə bağlı da sərt çıxış edib.

Qeyd edək ki, 2016-cı ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən təşkil edilən “Fərat qalxanı” hərəkatı zamanı Cənubi Azərbaycanın Urmiya, Miyanduab, Təbriz və Ərdəbil kimi şəhərlərində yerli xalq terrora qarşı dinc aksiyalar keçirmiş və türk ordusuna dəstək vermişdi. İranın təhlükəsizlik qüvvələri Urmiya şəhərində bir lox etirazçını saxlamış və İran İslam İnqilabına qarşı təxribatda ittiham edərək məhkəməyə vermişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm