Ərdoğandan Əsədlə bağlı SƏRT ÇIXIŞ
Bizi izləyin

Region

Ərdoğandan Əsədlə bağlı SƏRT ÇIXIŞ

“Suriyada təxminən 8 ildir davam edən zülm hər gün yeni canlar almağa davam edir. Bir milyon müsəlman qətl edildiyi Suriyada rəhbərlik hələ də öz yerini qorumaq üçün mübarizə aparır”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, biriləri də Suriya prezidenti Bəşər Əsədə yerini qorumasına kömək edir.

Xatırladaq ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Bəşər Əsəd rejimi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirməsinə dair iddiaları təkzib edib.

"Biz Əsədin etdiklərini qəbul etdiyimizi heç vaxt deməmişik və deməyəcəyik. Bizə sual olunub: ədalətli seçkilər keçiriləcəyi təqdirdə Əsədlə işləyəcəksinizmi? Mən cavab verdim: əgər belə (demokratik – red.) seçkilər olarsa, hamı bu vəziyyəti nəzərdən keçirə bilər. Mən bizim Əsədlə işləyəcəyimiz və ya onu qəbul edəcəyimiz anlamına gələ biləcək ifadə işlətməmişəm", - deyə Çavuşoğlu bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm