Qazaxıstanda ermənilərə qarşı AKSİYA - VİDEO
Bizi izləyin

Region

Qazaxıstanda ermənilərə qarşı AKSİYA - VİDEO

Bu gün, yanvarın 6-da Qazaxıstanın Karaqanda vilayətində minlərlə qazax küçələrə axışaraq etirazlara başlayıblar.

Publika.az xəbər verir ki, buna səbəb 23 yaşlı qazaxın “Qədim Roma” restoranında öldürülməsidir. Çoxminlik yürüşü əks etdirən kadrlar BASE Youtube kanalında yayılıb.

Erməni mediası açıq etiraf etməsə də, bu aksiyanın Qazaxıstandakı ermənilərə qarşı keçirildiyi şübhə doğurmur. Belə ki, gənc qazaxın qətlinə görə, bu ölkədəki erməni disasporunun 3 üzvü şübhəli sayılır. İzdihamlı aksiyanın öz məcrasından çıxaraq toqquşmalara səbəb olacağından ehtiyatlanan hökumət qabaqlayıcı tədbirlər görüb. Belə ki, kadrlardan da göründüyü kimi, aksiyanın keçirildiyi əraziyə xüsusi təyinatlı qüvvələr gətirilib, həmçinin binaların üstünə snayperlər yerləşdirilib. Məlumatlardan bəlli olur ki, qətl hadisəsindən bir gün sonra sosial şəbəkələrdə videokadrlar yer alıb. Yüzlərlə qəzəbli qazax qətl olayına görə Qazaxıstandakı erməni diasporunu günahlandırıb. Elə buna görə də polis dərhal küçələri nəzarət altına alıb, qəzəbli kütlənin ətrafını “çəpərləyib”.

Qazaxıstan mediası öz növbəsində xəbər verir ki, polis əməkdaşlarının operativ əməliyyat tədbirləri nəticəsində üç kişi həbs olunub. Onlar Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və Nadırbekov Kair Xamirovişdir.

Saxlanılanlar ağır cinayət əməli ilə bağlı şübhəli şəxs qismində tanınıb. Karaqanda şəhər məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçib. Bundan əlavə, Karaqanda vilayətinin departamenti Qururyan Narek barəsində axtarış elan edib.

Az öncə Qazaxıstandakı Ermənistan səfirliyi baş verənlərlə əlaqədar bəyanat verib, qətlə yetirilən gəncin ailəsinə başsağlığı verib, həmçinin sakitliyə çağırış edib. (Musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm