Ərdoğandan TƏRS ŞİLLƏ: Boltonla görüşdən İMTİNA ETDİ
Bizi izləyin

Region

Ərdoğandan TƏRS ŞİLLƏ: Boltonla görüşdən İMTİNA ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonla görüşməkdən imtina edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Bolton Ərdoğanın sözçüsü İbrahim Kalınla görüşdükdən sonra ölkəsinə dönüb.

Görüş təxminən 2 saat davam edib. Məlumata görə, görüş zamanı ABŞ-ın Suriyadan çıxmaq qərarı və İŞİD-lə mübarizə məsələləri müzakirə olunub.

Xatırladaq ki, Bolton iki gün əvvəl İsraildə olarkən ABŞ qoşunlarının Suriyadan çəkilməsi ilə bağlı Türkiyəyə ultimatum göndərib. Onun sözlərinə görə, amerikalı hərbçilər Suriyanı Suriya kürdlərinin təhlükəsizliyi müdafiə olunduqdan sonra tərk edəcəklər. Boltonun sözlərinə görə, ABŞ Türkiyədən zəmanət istəyir ki, ABŞ-ın müttəfiqi, kürdləri təhlükə gözləməyəcək.

O, həmçinin qeyd edib ki, Türkiyə Suriyada istənilən hərbi əməliyyatı Vaşinqton ilə razılaşdırılmalıdır.

Türkiyə prezidenti isə bu açıqlamalara sərt reaksiya verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm