Region
Ankara “Patriot”dan imtina edəcək, əgər… - Çavuşoğlu
Türkiyə “S-400” zenit-raket komplekslərindən imtina barədə şərti irəli sürülərsə, ABŞ-dan “Patriot” sistemləri almayacaq.
Publika.az xəbər verir ki, bu haqda NTV telekanalının efirində Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.
“Türkiyə gələcəkdə “Patriot” sistemlərini əldə edə bilər, amma bunu “S-400”-lərdən imtina şərti irəli sürülməsi halında mümkün hesab etmir”, - Çavuşoğlu deyib.
ABŞ Dövlət Departamenti 3,5 milyard dollar dəyərindəki “Patriot” sistemlərinin Türkiyəyə satışına 2018-ci il dekabrın 19-da icazə vermişdi. Ancaq ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almasından imtina etməsini istəyir. Türkiyə isə Rusiya ilə razılaşdırılan “S-400” müqaviləsinin ləğv edilməsini “Patriot” satışında ilkin şərt kimi irəli sürülməsinə etiraz edir.
Bundan sonra “Anadolu” agentliyi bildirib ki, ABŞ-ın nümayəndə heyəti “Patriot”ların satışı üzrə təklifi Türkiyəyə təqdim edib.
Mövlud Çavuşoğlu da 2018-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Ankara təxminən 1,5 il əvvəl “Patriot” almaq istədiyimizi məktubla ABŞ-a çatdırmışdı.
Ömər Dağlı
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı