Region
Ermənilərin hərbi maşını qəzaya uğradı - Yaralananlar var
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində dekabrda avtoqəzalardan xəsarət alaraq hospitala düşənlərin sayı kəskin surətdə artıb.
Publika.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, altıncı dağ atıcı alayının hərbi qulluqçusu Kaçik Gevorkyan məzuniyyətdə olarkən “Qazel” markalı avtomobildən yıxılaraq xəsarət alıb. Mülki həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra o, hospitala təxliyə olub.
Başqa bir məlumatda isə beşinci taborun zabiti Rafael Sahakyanın avtoqəza nəticəsində ağır xəsarət aldığı bildirilir. Zabitin qohumlarının yazdıqlarından məlum olur ki, zabit R.Sahakyan Gorus-Xankəndi yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır yaralanıb. İki gün Gorusda mülki tibb müəssisəsində müalicə olunduqdan sonra o, hərbi hospitala göndərilib.
Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi