Gürcüstanda qripdən ölənlərin sayı 15-ə çatdı
Bizi izləyin

Region

Gürcüstanda qripdən ölənlərin sayı 15-ə çatdı

Gürcüstanda qripin ağır formasından ölənlərin sayı 15-ə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

O bildirib ki, mövsümi qripdən ölənlərin 5-i Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin payına düşüb.

Mərkəz direktoru qeyd edib ki, qriplə bağlı xəstəxanalara yerləşdirmə halları 616-dan 845-ə qədər, reanimasiya şöbələrində olanların sayı isə 39-dan 44-ə qədər artıb.

Hazırda qonşu ölkədə 100 min sakinə 256 qripə yoluxan şəxs düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm