Qərbə boş ümid Nikolu dərin uçuruma saldı – Şərh
Bizi izləyin

Region

Qərbə boş ümid Nikolu dərin uçuruma saldı – Şərh

Nikol Paşinyanın hakimiyyəti artıq fiaskoya uğrayır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin fikrincə, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın erməni diasporundan olan sahibkarlarla görüşü iki mühüm faktı ortaya qoyur:

“Birincisi, Paşinyan hakimiyyətə məxməri inqilab yolu ilə gəldiyini bildirsə də, bu, reallığı əks etdirmir. Çünki məxməri inqilabların arxasında mühüm dövlətlər durur. Ancaq Ermənistanın hələ də siyasi, iqtisadi və hərbi doktrinası yoxdur. Bu o deməkdir ki, Paşinyan boş yerə Qərbə böyük ümidlər bəsləyib. İkincisi, müxtəlif fraksiyalardakı biznesmenlərin indiki hakimiyyətdə təmsil olunmaması onun ən böyük səhvlərindən biri idi”.

Politoloq hesab edir ki, Paşinyan nə qədər çalışsa da, ölkəsini sərt qışdan çıxara bilməyəcək:

“Bu yaxınlarda Moskvadan əliboş qayıdan Paşinyan Qərbdən də əlini tamamilə üzüb. Buna görə də o, çox aciz bir şəkildə erməni diasporundan olan sahibkarlara üz tutub. Əgər Paşinyan parlamentdə vəzifə bölgüsündən sonra ölkədə iqtisadi vəziyyəti ələ ala bilməsə, Ermənistanda iğtişaşlar qaçılmaz olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm