Ərdoğan müharibə elan etmişdi: BAŞLANDI - - FOTO
Bizi izləyin

Region

Ərdoğan müharibə elan etmişdi: BAŞLANDI - - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə marketlərdə istifadə olunması üçün parça torbaların paylanılmasına başlanılıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Mardin Böyükşəhər Bələdiyyəsi şəhərin fərqli nöqtələrində 200 min parça torba paylayıb.

Rəcəb Tayyib Ərdoğan ötən gün genişlədilmiş vilayət başqanları toplantısında bildirmişdi ki, milyonlarla parça torba hazırlanacaq və onlar təbliğat olaraq vətəndaşlara pulsuz veriləcək.

“Təbiətsevər partiya məlumdur ki, Ədalət və İnkişaf Partiyasıdır. Halbuki əsas müxalifət polietilen torbalarla təkrar küçəyə tökülə bilər. Biz ona müharibə elan etdik”, - prezident deyib.

Qeyd edək ki, 1 yanvar 2019-cu il tarixindən Türkiyədə polietilen torbaların satışı ödənişli olub. Buna səbəb ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Ötən ilin avqustunda prezident seçilən Rəcəb Tayyib Ərdoğanın 100 günlük planında polietilen torbaların pulla satılması məsələsinin həyata keçirilməsi də yer almışdı. Əslində, qardaş ölkədə marketlərdə polietilen torbalar 2018-ci ilin yanvarın 1-dən etibarən pullu olmalı idi. Lakin həmin qərarın icrası 1 il sonraya — 1 yanvar 2019-cu ilə qədər təxirə salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm