Netanyahu İranın nüvə proqramından danışdı - Əsl hədəf...
Bizi izləyin

Region

Netanyahu İranın nüvə proqramından danışdı - Əsl hədəf...

“Hesab edirəm ki, İranın öz peykini orbitə buraxmaqda hədəfi bütün beynəlxalq razılaşmalara baxmayaraq, qitələrarası ballistik raketini sınaqdan keçirməkdir. Daha doğrusu, peykin orbitə çatdırılması işin zahiri tərəfidir. Əsl hədəf isə İranın qitələrarası raketinin buraxılması ilə bağlı qabiliyyəti yüksəltməkdir”.

Publika.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O, ötən gün Müdafiə Nazirliyində keçirilən Ordu Qərargahının yeni təyin olunmuş rəisinin təqdimat mərasimində çıxış edərkən bu haqda danışıb. Netanyahunun açıqlaması İranın peyk daşıyan raketinin uğursuzluğa düçar olması xəbərinin yayılmasından bir neçə saat sonraya təsadüf edib. O bildirib ki, İranın yeni peyk layihələrini həyata keçirməkdə məqsədi, yalnız yeni ballistik raketlərini sınaqdan keçirməkdir: “İran durmadan yalan danışır, İsrail isə onun bu yalanlarını ifşa edir. Bizim İranın gizli nüvə proqramı ilə bağlı sənədlər arxivini ələ keçirib ifşa eləməyimiz də bunun üçündür”.

Xatırladaq ki, İranın peyk daşıyan raketi lazım olan sürəti yığa bilmədiyindən, “Pəyam” adlı peyki orbitə çatdıra bilməyib. Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi yanvarın 15-də jurnalistlərə açıqlamasında məlumat verib: “Bu gün səhər saatlarında peyk daşıyan raket iki mərhələni müvəffəqiyyətlə qət etsə də, 3-cü mərhələdə zəruri olan sürətə çata bilmədiyindən, “Pəyam” adlanan peyki orbitə çatdıra bilməyib”.

Qeyd edək ki, “Pəyam” peyki İran Kosmik Agentliyinin həyata keçirdiyi aerokosmik layihələrdən biridir.

Bu arada, ABŞ-ın dövlət katibi Mayk Pompeo da məsələ ilə bağlı açıqlamasında Benyamin Netanyahunun fikirlərinin eynisini demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm