Türkiyə-İran münasibətləri gərginləşdi: Parlamentin qadağası Ankaranı hərəkətə keçirdi
Bizi izləyin

Region

Türkiyə-İran münasibətləri gərginləşdi: Parlamentin qadağası Ankaranı hərəkətə keçirdi

Türkiyə İrana məhsul ixracını tamamilə dayandıra bilər.

Publika.az xəbər verir ki, bunu Müstəqil Sənaye və Biznesmenlər Dərnəyinin (MÜSİAD) Tehran üzrə təmsilçisi Fatih Çayabatmaz deyib.

İran təmsilçisi bildirib ki, İran Məclisinin dünən qəbul etdiyi qanun layihəsi Türkiyədən İrana ixracatın əhəmiyyətli dərəcədə zərər görməsinə gətirib çıxaracaq. Qanun layihəsində İranın daxili bazarını təmin edəcək qədər məhsul istehsalına başlanması və həmin məhsulların xaricdən idxal edilməməsi nəzərdə tutulur. Türkiyə isə İrana tekstil, mətbəx əşyaları, qida, səhiyyə vasitələri və kosmetika məhsulları ixrac edir.

İran bir müddət öncə ölkədə istehsal edilən məhsulların xaricdən gətirilən bənzərlərinin televiziya, radio, qəzet və reklam bilbordları kimi hər növ yazılı, görüntülü və dərc edilə bilən məkanlarda göstərilməsini qadağan etmişdi.

Qeyd edək ki, Türkiyə ilə İran arasında 2015-ci ildə qüvvəyə minən Üstünlüklü Ticarət Razılaşması var. 10 illik müzakirələrdən sonra iki ölkə bu razılaşma ilə 200-dən çox müxtəlif çeşidli məhsulun gömrük vergisinə endirim etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm