Region
Ruhani: İran ABŞ-ın sanksiyalarını müvəffəqiyyətlə keçir
İran öz karbohidrogen ehtiyatlarının satışı üçün əlavə kanallardan istifadə edir.
Publika.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Həsən Ruhani hökumətin iclasında bildirib.
“Xoşbəxtlikdən, karbohidrogen ehtiyatlarının ixracı üçün müxtəlif yollar var və onlardan fəal istifadə edirik. Biz ABŞ-ın sanksiyalarından yayınırıq”, - prezident deyib.
Ruhaninin sözlərinə görə, bütün ölkələr bilir ki, amansız və qanunsuz sanksiyalar hər hansı şəxs, dövlət təşkilatı və ya müəssisəyə qarşı deyil, İran xalqına qarşı yönəlib. Prezident əlavə edib ki, Tehran İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 4 layihəsini təsdiqləməklə ABŞ-ın maliyyə və bank üzrə planı zərərsizləşdiriləcək.
Xatırladaq ki, noyabrın 5-də ABŞ İranın neft sektoruna qarşı sanksiyaları tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, sanksiyalar 700-dən çox hüquqi və fikizi şəxsə qarşı tətbiq olunub. Vaşinqton neft sanksiyalarından müvəqqəti istisnanı Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə verib.
Ömər
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO