Ermənilər VAHİMƏYƏ DÜŞDÜ: Gümrüdəki rus ordusu ayağa qalxdı – VİDEO
Bizi izləyin

Region

Ermənilər VAHİMƏYƏ DÜŞDÜ: Gümrüdəki rus ordusu ayağa qalxdı – VİDEO

Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasından çoxsaylı piyadaların döyüş maşını, tanklar, BTR-lər yola çıxıb.

Axar.az xəbər verir ki, bu barədə ermənişünas İsmayıl tanrıverdi məlumat yayıb. O bildirib ki, zirehli texnika və çoxsaylı əsgərlərin videosunu gümrülü bir erməni çəkərək paylaşıb:

“Gümrülü bir erməninin paylaşdığı bu video bütün erməniləri vahiməyə salıb. Bu hərbi karvanı görənlər düşünürlər ki, yoxsa müharibəmi başlayır?”

İ.tanrıverdi bildirib ki, hadisə 2 gün öncə Rusiyanın Gümrüdə yerləşən hərbi bazasında baş verib:

“Videonu çəkən erməni yolda rast gəlib ki, çoxsaylı hərbi texnika yol ilə, tanklar və BTR-lər isə yolun sağından, əkin sahələri ilə Gümrü şəhərindən Amasiya rayonunun Çaxmaq ( indiki Kamxut) kəndinə tərəf gedirlər. Erməni deyir ki, bu qədər hərbi texnikanın hərbi təlimə getməsi mümkün deyil. O, indiyədək belə genişmiqyaslı hadisə görməyib.

Məni isə başqa bir məsələ düşündürür: Görəsən Nikol Paşinyanın Ermənistan Müdafiə Nazirliyinin bütün generalları ilə bugünkü təcili görüşünün bu hadisə ilə bir bağlılığı yoxdur ki?”

İ.Tanrıverdi hazırkı videonun 30 saniyəlik olduğunu, bütöv videoda isə tankların hərəkətinin də göründüyünü qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm