Gürcüstan Rusiyadan qaz almaq istəyir
Bizi izləyin

Region

Gürcüstan Rusiyadan qaz almaq istəyir

Gürcüstan Rusiyadan qaz idxalı ilə bağlı danışıqları davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya parlament komitəsinin iclasında çıxışı zamanı bildierib.

Nazir qeyd edib ki, qaz tədarükünün diversifikasiyası və optimallaşdırılması vacib təşəbbüsdür.

“Biz elə bir imkan yaratmaq istəyirik ki, qaz tədarükçüsü bir yox, birdən çox olsun. Şərtlərin yaxşılaşdırılması ilə bağlı danışıqlar aparırıq. Bu, çətin danışıqlardır və vaxt lazımdır”, - deyə o vurğulayıb.

Kobuliya nəticənin artıq bu ilin sonunadək əldə olunacağını istisna etməyib.

Qeyd edək ki, hazırda Gürcüstana təbii qaz, habelə neft və neft məhsullarının əsas tədarükçüsü Azərbaycanın SOCAR şirkətidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm