Ruhani OD PÜSKÜRDÜ: ABŞ-ın bunu etməsi...
Bizi izləyin

Region

Ruhani OD PÜSKÜRDÜ: ABŞ-ın bunu etməsi...

ABŞ İrana ölkə xaricindən edilən humanitar yardımların qarşısını alır.

Publika.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

Prezident bildirib ki, ABŞ-ın təbii fəlakətdən əziyyət çəkən xalqa göndərilən beynəlxalq yardımların qarşısını alması bənzəri görünməyən bir cinayətdir.

“Ölkə xaricindəki iranlıların öz yurddaşlarına göndərdiyi yardımların qarşısını alaraq “Qırmızı Aypara” Cəmiyyətinin hesablarını bağlayan düşmənlərin üzləri qaraldı. Qara üzlülər, bir neçə ay öncə ABŞ-da yaşanan sel fəlakətinin yaralarını hələ sarıya bilməyib” – Ruhani qeyd edib.

Prezident ölkədəki 31 əyalətdən 25-nin sel fəalkətinin məruz qaldığına və bütün bölgələrdə fövqəladə vəziyyətin elan olunduğuna işarə edərək bunun nadir rast gəlinən olay olduğunu vurğulayıb.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi dünən verdiyi açıqlamada ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbilə fəlakətin baş verdiyi bölgələrə yardımların gedib çatmadığını bildirmişdi.

ABŞ-ın dövlət katibi Mayk Pompeo isə yazılı açıqlamasında ölkəsinin “Qırmızı Aypara” və “Qızıl Xaç” təşkilatları vasitəsilə iranlılara yardım etməyə hazır olduğunu demişdi. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə ABŞ-ın maliyyə sanksiyaları ucbatından ölkəsinin yardım ala bilmədiyini qeyd etmişdi.

Qeyd edək ki, İran iki həftədən çoxdur, sel fəlakətindən əziyyət çəkir. Şiddətli yağışlardan sonra meydana gələn sel nəticəsində 57 nəfər həlak olub, ölkə iqtisadiyyatı ciddi zərər görüb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm