O, ABŞ-ı yeni bir bataqlığa sürükləyir – İTTİHAM
Bizi izləyin

Region

O, ABŞ-ı yeni bir bataqlığa sürükləyir – İTTİHAM

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu ("Sepah") xarici terrorçu təşkilat kimi tanınması barədə planını şərh edib.

Publika.az xəbər verir ki, İran xarici siyasət idarəsinin başçısının sözlərinə görə, “Sepah”ı terrorçu təşkilat elan edilməsi üçün səy göstərənlər İsrailin baş naziri Benyamin Netanyahunun liderliyində ABŞ-ı yeni bir bataqlığa sürüklmək istəyirlər.

“Donald Tramp ABŞ-ı yeni bir faciə ilə qarşı-qarşıya qoymaması üçün bunları bilməlidir”, - o deyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ hökuməti “Sepah”ı "Xarici terrorçu təşkilatlar" siyahısına salmağa hazır olduqlarını açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm