Azərbaycanın bir addımlığında müharibənin AYAQ SƏSLƏRİ: İran və Türkiyə...
Bizi izləyin

Region

Azərbaycanın bir addımlığında müharibənin AYAQ SƏSLƏRİ: İran və Türkiyə...

“ABŞ-ın İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salması Türkiyəyə də təsir göstərə bilər”.

Publika.az xəbər verir ki, bu iddia ilə “Xəbərtürk” nəşrinin yazarı Sərdar Turqut çıxış edib.

Onun sözlərinə görə, ABŞ tarixində hökumət ilk dəfə bir başqa ölkənin rəsmi ordusunu bütünlüklə terror təşkilatları siyahısına salmaq haqqında düşünür.

İran da bənzər bir qərar qəbul edərsə, bölgədə qarşılıqlı müharibə elanı olacaq. Beləliklə, Türkiyə üçün geostrateji təhlükə yaranacaq: “Bu Türkiyə sərhədlərində yeni, böyük bir müharibə təhlükəsinin yaradılması ilə yanaşı, başqa ciddi təhlükələri də ehtiva edir. ABŞ korpusu terror siyahısına daxil edərsə, onunla əməkdaşlıq edən hər kəsə və hər ölkəyə sanksiyalar tətbiq edə biləcək. İşin ucu Türkiyəyə buradan toxunacaq.

İran İnqilab Keşikçiləri Korpusu hərbi qüvvə olmaqla yanaşı, eyni zamanda, ölkənin əhəmiyyətli bir iqtisadi gücünü də özündə daşıyır. Hesablamalara görə, İran iqtisadiyyatının 20%-nə İnqilab Keşikçilərinin qurduğu şirkətlər nəzarət edir. Onların nəzarəti altında enerji sektoru kimi bölmələr də var. Amerikanın embarqolarından kənarda qalan Türkiyə İranla əməkdaşlığı davam etdirir. Lakin korpus terrorçu elan olunarsa və yeni sanksiya təhdidləri rəsmiləşərsə, İnqilab Keşikçilərinin şirkətləri ilə əməkdaşlıq edən Türkiyəyə də sanksiya tətbiq olunması ehtimalı doğacaq.Vaşinqtondakı Türkiyə düşmənlərinin bu işi sevə-sevə görəcəkləri hər kəsə bəllidir. Bu səbəbdən, Türkiyə yeni təhdidi yaxından müşahidə etməli və özünü qoruyacaq təsirli addımlar atmalıdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm