Çörək bağlamasında 2,36 milyon dollar daşıyan şəxs saxlanıldı
Bizi izləyin

Region

Çörək bağlamasında 2,36 milyon dollar daşıyan şəxs saxlanıldı

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Milək sərhəd gömrüyündə 350 milyard rial (rəsmi məzənnə ilə 8,33 milyon dollar, qara bazar məzənnəsi ilə 2,36 milyon dollar) nağd pul aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə Trend agentliyi İran Gömrük Administrasiyasına istinadən məlumat verib.

Məlumata görə, Milək sərhəd gömrük keçidində Əfqanıstan vətəndaşı bağlamalarda çörək aparırmış.

Gömrük əməkdaşları bağlamalara baxış keçirərkən İran valyutasının ustalıqla yerləşdirildiyini aşkarlayıblar.

Faktla bağlı Əfqanıstan vətəndaşı saxlanılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm